Icma.az
close
up
RU
“EcoHub” ın təşəbbüsü ilə Mərzəndiyə kəndində su layihəsi icra olunub FOTOLAR

“EcoHub” ın təşəbbüsü ilə Mərzəndiyə kəndində su layihəsi icra olunub FOTOLAR

Icma.az, Operativ MM saytına istinadən bildirir.

Sentyabrın 5-də Şamaxı rayonunun Mərzəndiyə kəndində təmiz su ilə təminatı yaxşılaşdırmaq məqsədilə həyata keçirilən layihənin tamamlanması münasibətilə kənd sakinləri ilə görüş keçirilib.

L"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, layihə EcoHub Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə “Coca-Cola” Fondunun dəstəklədiyi “Dayanıqlı Su Təşəbbüsləri” Proqramı çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Şamaxı Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə icra olunub.

Layihə çərçivəsində Pirsaat su mənbəyindən kəndə uzanan 7 km uzunluğunda müxtəlif diametrli magistral su kəməri çəkilib. Su mənbəyi sahəsində nasos aqreqatları quraşdırılaraq elektrik təchizatı ilə təmin olunub, kəndin içində 60 kubmetrlik su çəni tikilib. Daha sonra kənd daxilində şəbəkə xətləri çəkilərək hər evə sayğaclı və davamlı su verilməsi təmin edilib.

Nəticədə Mərzəndiyə kəndinin 1350 sakini təmiz su ilə təmin olunub. Kəndə çəkilən suyun illik həcmi təqribən 146 milyon litr olaraq hesablanıb.

Tədbirdə EcoHub İctimai Birliyinin sədri Tükəzban Ağababayeva, “Coca-Cola Azərbaycan” şirkətinin baş direktoru Rəna Məmmədova, ADSEA sədrinin birinci müavini Xəyyam Məmmədov və ADSEA Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev, Şamaxı RİH-nin başçısı Tahir Məmmədov iştirak ediblər. Dövlət və özəl sektor nümayəndələri layihənin icrasının tamamlanmasını qeyd edərək kənd sakinlərini təbrik ediblər.

EcoHub İctimai Birliyinin sədri Tükəzban Ağababayeva tədbirdə çıxış edərək bildirib ki, Mərzəndiyə kəndində həyata keçirilən bu layihə göstərdi ki, dövlət qurumlarının gördüyü irimiqyaslı işlərə əlavə dəstək və özəl sektorun sosial məsuliyyət təşəbbüsləri birləşəndə böyük nəticələr əldə etmək mümkündür:

"EcoHub olaraq biz hər zaman sektorlararası əməkdaşlığın gücünə inanırıq və bu layihə həmin əməkdaşlığın bariz nümunəsidir. Sevindirici haldır ki, 1350 nəfər sakinin gündəlik həyatında böyük dəyişiklik baş verdi və hər bir evə dayanıqlı, keyfiyyətli içməli su çatdırıldı. Bu uğuru tərəfdaşlarımızla birlikdə paylaşmaqdan qürur duyuruq”.

“Coca-Cola” şirkətinin baş direktoru Rəna Məmmədova isə qeyd etdi ki, “Coca-Cola” fəaliyyət göstərdiyi hər bir ölkədə cəmiyyətin inkişafına və icmaların həyat şəraitinin yaxşılaşmasına dəstək olur:

"Biz çox şadıq ki, Fondun dəstəklədiyi Qlobal Su Çağırışı proqramı çərçivəsində Mərzəndiyə kəndinin 1350 sakininin təmiz su əldə etməsinə kömək etdik və bundan qürur duyuruq. Bu mühüm layihənin uğurla həyata keçirilməsində ADSEA-ya, Şamaxı Rayon İcra Hakimiyyətinə və EcoHub-a təşəkkür edirik".

ADSEA sədrinin birinci müavini Xəyyam Məmmədov vurğulayıb ki, layihənin davamlı olması üçün işlər görülməyə davam edəcək:

“Mərzəndiyə kəndini su ilə təmin etmək üçün böyük işlər görüldü. Layihənin icrası bir neçə ay çəkdi və nəhayət, biz uğurlu nəticə əldə etmişik. İnanıram ki, tərəfdaşlarımızla birgə belə uğurlu layihələrin sayı çox olacaq.”

Şamaxı RİH rəhbəri Tahir Məmmədov isə bildirib: “Dövlətimizin diqqəti və özəl sektorun dəstəyi ilə sakinlərin gündəlik həyatı daha da yaxşılaşır. Kəndin su problemi artıq həll olunub. İndi hər evdə təmiz su var. Bu işin uğurla yekunlaşmasında əməyi olan bütün tərəfdaşlarımıza minnətdaram.”

ADSEA Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev isə qeyd edib ki, bu layihə kəndin ən böyük ehtiyacını qarşılayaraq sakinlərin həyatını müsbət yöndə dəyişib.

Tədbir çərçivəsində dövlət və şirkət nümayəndələri kənd ərazisini gəzərək görülən işlərlə tanış olub, sakinlərlə görüşüblər. Daha sonra kəndin ağsaqqalı, tanınmış ziyalı aşıq Ağamurad Şirvanlının evinə baş çəkərək onunla səmimi söhbət ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 12 Sentyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri