Icma.az
close
up
RU
Ədalət yarımçıq olmur!

Ədalət yarımçıq olmur!

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bütün müharibələr sülhlə başa çatıb. Amma bu zaman sülhün qarşısına ədalət təyinini əlavə etməyə ehtiyac duyulur. Yəni, baş verənlərin bir daha təkrarlanmayacağına təminatı yalnız ədalətli sülh verə bilər.

Qədim yunan filosofu Ərəstun deyirdi ki, ədalət ilk növbədə dövlətdən gəlmədir. Çünki hüquq dövlətin ictimai nizamıdır. İnsan cəmiyyətinin formalaşması ilə təməli qoyulan ədalət anlayışı ibtidai cəmiyyətlərdəki mifoloji təsəvvürlərdən günümüzdəki ali hüquqi-fəlsəfi kateqoriyaya qədər uzun nizamlanma yolu keçib. Bu yolun qan-qada, məhrumiyyətlərlə müşayiət olunduğu məlum həqiqətdir. Çox uzağa getməyək, elə yaxın tarixə nəzər salaq. Yuqoslaviyanı misal çəkə bilərik. Serbiya hərbçiləri, terrorçuları 30 il bundan əvvəl Serebrenitsa şəhərində soyqırımı törətdilər. Deyton sazişinə görə, Bosniyada sülh əldə olunsa da, müharibə cinayətkarları unudulmadı, onlar beynəlxalq axtarışa verildilər. Serb separatçılarından bir neçəsi tutularaq mühakimə olundu. Yuqoslaviyanın keçmiş rəhbəri Miloseviç, eləcə də Karaciç, Mladiç kimi hərbi canilər layiq olduqları cəzalara məhkum edildilər.

Yəni, ədalət müəyyən mənada öz yerini tutdu. Cəmiyyətdə də belədir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün və qərəzsiz qərar vermək yalnız ədalətli olmaqla mümkündür. İnsan ədaləti düşünərək yaradır. Ədalətli düşüncə dünyamızı təkmilləşdirir, doğru və yanlışı bir-birindən ayırmağı bacarır, hadisələrə daha geniş prizmadan baxmağı təlqin edir. Bu prinsip ölkələrarası münasibətlərdə də keçərlidir. Söhbət Ermənistan və Azərbaycan arasında dörd ildən çoxdur gözlənilən ədalətli sülhün əldə olunmasından gedir. “Sülh üçün səyləri təqdir etmək

tam mənzərəni kölgədə qoymamalıdır. Ədalət axtarışı müharibə cinayətlərində, etnik təmizləmədə, hərbi təcavüzdə, işgəncələrdə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum edilən hər kəs üçün cavabdehlik tələb edir”. Bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BMT-nin insan haqları üzrə ali komissarı Volker Türkün müraciətini “X” sosial şəbəkədə şərh edərkən bildirib. XİN rəsmisi çox doğru olaraq ədaləti cavabdehlik məsuliyyətinin şərtləndirdiyini xatırladır və aydın məsələdir ki, bu zaman Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin Bakıda davam edən məhkəmə prosesini nəzərdə tutur.

A.Hacızadə şərhini maraqlı paradiqma ilə tamamlayır: “Həqiqəti bərqərar etmək, qurbanlara ədaləti çatdırmaq və qanunun aliliyini təmin etmək üçün beynəlxalq hüquqi standartlara riayət etməklə ədalətli məhkəmə araşdırması vacibdir. Yalnız həqiqəti söyləməklə, yaraları sağaltmaqla sülh və barışıq cəzasızlığa qalib gələ bilər”.

Bəli, bəşəriyyətin birgəyaşayış qaydalarına, beynəlxalq hüquq normalarına əməl etməklə ədaləti tam bərpa etmək, möhkəm sülhə gəlmək mümkündür. Bu zaman cəzasızlıq mühitinin ləğv edilməsi isə başlıca şərtlərdən sayılır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, sülh sazişinin imzalanması, eləcə də digər məsələlərin həlli buna qədər törədilən cinayətlərin unudulması, yaxud arxa plana keçməsi demək deyil: “Dünyanın tarixi onu göstərir ki, müharibələrə rəvac verənlər, hərbi cinayətlər törədənlər bütün hallarda məsuliyyət daşımalıdırlar. Elə götürək Birinci dünya müharibəsini. Onun təşəbbüskarlarından biri o zamankı Almaniya hökuməti idi. Müharibənin yekunlarına uyğun olaraq, reparasiya ödəməyə məkum edildi. Yəni, bu ölkə bəzi ərazilərini itirdi. İkinci dünya müharibəsinin başlanmasının səbəbkarı yenə Almaniya idi. Amma sonluq necə oldu? Nürnberq Məhkəməsi təşkil edildi və cinayətkarlar cəzalandırıldı. Bu dəfə də ortaya reparasiya məsələsi atıldı. Nəticədə Almaniya bir neçə yerə parçalandı. Bu, ölkənin törətdiyi cinayətlərə görə verilən cəza idi. Doğrudur, ötən əsrin 90-cı illərinin əvvəllərində yenidən birləşməyə nail oldu. Amma bu dəfə də cəzasını aldı.

İndi gələk Ermənistanın Azərbaycana qarşı torpaq iddiasının üzərinə. 1987-88-ci illərdə separatçılığa başlayan ermənilər az sonra silahlanaraq Azərbaycan kəndlərinə basqınlar etdilər. Erməni faşistləri Xocalı soyqırımını törətdilər. İndi iki ölkə arasında sülh sazişi imzalansa belə, bu o demək deyil ki, törədilən cinayətləri unuduacağıq, o cinayətkarları axtarmayacağıq, onların məhkəmələrini keçirməyəcəyik. Xeyr! Necə ki hazırda Bakıda onlardan bir qrupunun məhkəməsi keçirilir, o birilərini də eyni aqibət gözləyir. Koçaryanı, Sarkisyanı və digərlərini Azərbaycan İnterpol xətti ilə beynəlxalq axtarışa verib. Nə vaxtsa sülh sazişini imzalamaqla biz Koçaryanı, Sarkisyanı bağışlamalı deyilik. Hamısı məsuliyyətə cəlb olunmalı, cəzalarını almalıdır. Azərbaycan digər tərəfdən sülh quruculuğu fəaliyyətini davam etdirir. İrəvan Bakının şərtlərini qəbul edəcəyi təqdirdə sülh sazişi imzalanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin “Qafqaz evi” ideyası gerçəkləşməli, nəqliyyat kommunikasiyalar işə düşməlidir. Bununla paralel olaraq Azərbaycan xalqına, dövlətinə qarşı cinayətlər törədənləri məsuliyyətə cəlb edilməsi isə ədalətin öz yerini tutması demək olacaq”.

* * *

Ədalətli sülhün əldə olunması savaşda udanın deyil, həm də uduzanın maraqlarına cavab verir. Ən azı ona görə ki, mübahisəyə səbəb olmuş məsələnin ədalətli həlli bir daha tərəflər arasında narazılığın yaranmayacağını təmin edir.

Dörd ildən çoxdur “nə sülh, nə müharibə” şəraitində yaşayan Azərbaycan üçün sülhün təminatı hər şeydən önəmlidir. 30 ilə yaxın müddətdə Ermənistanın torpaqlarımızı işğalının ağrı-acısını yaşayan, müharibənin bütün əzablarını görən xalqımız, qaçqın, köçkün problemi ilə üzləşən Azərbaycan dövləti bölgədə davamlı sülhün, əmin-amanlığın əldə olunması üçün bütün imkanlardan istifadə edir. Rəsmi Bakı sülh naminə aparılan müzakirələrdə, beynəlxalq təşkilatların tribunalarından özünün sülhsevər siyasətini diqqətə çatdırır. Azərbaycan Prezidenti İlham Əliyev aparılan danışıqların sülhlə başa çatmasından ötrü siyasi iradə göstərir, bölgədə əmin-amanlığın tərəfində olduğunu nümayiş etdirir.

Azərbaycan sülhə qarşı çıxanların layiqli cavabını 44 günlük Vətən müharibəsində verdi. Öz ərazisində ədaləti, ərazi bütövlüyünü bərpa etdi.

4 il 4 ay bundan əvvəl Vətənimiz uğrunda savaşa gedərkən çox sevincli, qürurlu idik. Ordu–Xalq–Lider birliyini ortaya qoymaqla üçrəngli bayrağımızı işğaldan azad etdiyimiz torpaqlarda dalğalandıranda, yəqin ki, həyatımızın ən xoşbəxt günlərini yaşayırdıq. Həm də ədalətin təntənəsinə şahidlik edirdik.

Bu gün Azərbaycan yenə ədalət tələb edir. Ədalət ədalətsizliyi yaradan şərtlər aradan qaldırılanda, onu törədənlərin hamısı mühakimə ediləndə tam olur. Biz yarımçıq deyil, tam ədalət istəyirik!

İ.HƏSƏNQALA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri