Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Ədalətli liderlik və geosiyasi sinerji

Ədalətli liderlik və geosiyasi sinerji

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin Çinin CGTN telekanalına müsahibəsinin siyasi-nəzəri təhlili

III MƏQALƏ

Lider məsuliyyəti

Çinin CGTN telekanalının jurnalisti Azərbaycan Prezidentinə politoloji aspektdə çox maraqlı konteksti olan belə bir sual ünvanlamışdır: “Deyə bilərəm ki, dünya çox sürətlə dəyişir. Lakin, cənab Prezident, hər dəfə Sizinlə danışanda mənə elə gəlir ki, ölkəniz çox güclü təməl üzərində dayanıb. Mənə maraqlıdır, bu, təkcə özünüz barədə yox, bu gün olan liderlik haqqında nəyi bildirir? Xüsusilə bütün bu dəyişikliklərin baş verdiyi bir vaxtda”.

Sualın məntiqində bir neçə məqam vardır. Birincisi, Çin jurnalisti Azərbaycanın güclü təməl üzərində inkişaf etdiyini qəbul edir. Bu o deməkdir ki, bir sıra qərbli jurnalist və siyasilərdən fərqli olaraq Çində Azərbaycanın müstəqil dövlət kimi identikliyini obyektiv qiymətləndirirlər və hesab edirlər ki, aparılan dövlət quruculuğu siyasəti ölkəni faktiki olaraq möhkəm təməl üzərində perspektivli inkişaf müstəvisinə çıxarmışdır.

İkincisi, sətiraltı çinli jurnalist bu prosesdə Azərbaycanda liderlik ənənəsinin və onun müasir mərhələdə konkret təzahürünün həlledici rol oynadığına inanır.

Üçüncüsü, çinli jurnalist birinci və ikinci məntiqi xüsusiyyətin kəsişməsində Azərbaycanın müstəqil dövlət olaraq fəaliyyətinin qlobal geosiyasi təsirini vurğulayır. Bu bağlılıqda anlamaq istəyir ki, Azərbaycanın əldə etdiyi uğurların qlobal geosiyasi konteksti haqqında Prezident İlham Əliyev nə düşünür. Bunun fonunda isə jurnalistin dünyada ciddi geosiyasi dəyişikliklərin dinamikasının təsirini öyrənmək arzusu vardır.

Bütün bu məqamları və bizim duya bilmədiyimiz digər siyasi-diplomatik özəllikləri anında Prezident İlham Əliyev məharətlə dəyərləndirmişdir. Onu Azərbaycan dövlət başçısının cavabından görmək mümkündür. Prezident İlham Əliyevin cavabı belə olmuşdur: “Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır.

Lakin bizə gəldikdə, iyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma biz ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik. Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız”.

İqtibas müasir tarixi dönəmdə uğurlu liderliyin ölkənin milli maraqları kontekstində əsas məqamlarını dəqiq ifadə etmişdir. Bu baxımdan İlham Əliyevin cavabı müasir liderin uğurlu olmasının qısa manifesti kimi təsəvvür edilə bilər. Vurğulanan bu tezisin siyasi-nəzəri və fəlsəfi izahını verə bilərik.

İlham Əliyev siyasi liderliyin mənəvi-əxlaqi, mədəni və etik aspektini önə çəkir. “Liderlik böyük bir məsuliyyətdir” tezisi bunun əlamətidir. Adətən, müasir dönəmdə liderliyə siyasi, diplomatik və uğurlu nəticə prizmasında baxırlar. İlham Əliyev isə ön plana məsuliyyət məsələsini çıxarır. Burada iki məqam ifadə olunmuşdur. Birincisi, bütövlükdə, Azərbaycanda liderlik ənənəsində etik aspekt, o cümlədən məsuliyyət ciddi qiymətləndirilmişdir. İkincisi, Ulu öndərin siyasi varisi kimi, İlham Əliyev məsələyə Azərbaycanda müasir liderlik təcrübəsinin özəllikləri kontekstində yanaşmışdır.

Məlumdur ki, Heydər Əliyev liderliyi çox böyük məsuliyyət daşımaqla sıx əlaqələndirirdi. Onun fikirlərində bu məqam bir çox kontekstlərdə ifadə olunmuşdur. Heydər Əliyev vurğulayırdı ki, “rəhbərlik etmək üçün gərək mənəvi haqqın olsun”. Ulu öndər mənəvi haqqı isə ölkəyə, dövlətə, xalqa, onun mədəniyyətinə, tarixinə, dilinə, adət-ənənəsinə məsuliyyətli münasibətlə əlaqələndirirdi. Bu bağlılıqda Heydər Əliyevin məşhur kəlamlarından biri belədir: “Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz”.

Bunlardan başqa, Heydər Əliyev liderin məsuliyyətinin olmadığı halda bütövlükdə dövlət və xalq üçün hansı faciələrin meydana çıxa biləcəyi haqqında da xəbərdarlıq etmişdir. Ulu öndər demişdir: “Böyük siyasətdən bixəbərlərin bu siyasət aləminə atılmaları faciələr doğurur”. Buna görə də liderlər mükəmməl şəxsi keyfiyyətlərə malik olmalıdırlar.

Bütün bunlar sanki Heydər Əliyevin bir maraqlı fikrində yığcam şəkildə öz əksini tapmışdır. Ümummilli lider vurğulamışdır: “Bizim Azərbaycanda kişi sözü çox tutumlu sözdür... Sözün əsl mənasında, “kişi” o deməkdir ki, bu adam sözübütöv adamdır, sözünün sahibidir, kişilərə xas hər cür ləyaqətə, keyfiyyətlərə malikdir, sözü ilə əməli birdir”.

Məsuliyyətli lider həm də ədalətli olmalıdır. Prezident İlham Əliyevin liderlikdə gördüyü başqa bir keyfiyyət bundan ibarətdir. Ümumiyyətlə, ədalətliliyin bütövlükdə Azərbaycan liderlik ənənəsində yeri xüsusidir. Azərbaycan dövlət başçısının ifadə etdiyi fikirlərin prizmasında bunun üzərində bir qədər geniş dayanaq.

Ədalətli lider

İlham Əliyev müsahibəsində deyir: “Önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır”. Liderin (dövlət başçısının) öz xalqına qarşı ədalətli olması qədimdən türk dövlətçiliyində, o cümlədən Azərbaycan dövlətçiliyində ayrıca yer tutmuşdur. Ədalət və hüquq (qanun) türk toplumlarının özünütəşkilinin aparıcı faktorları kimi qəbul edilmişdir. Hətta türk xalqları ədalətli olmayan başçını dərhal devirmişlər. Buna görə də ədalətli olmaq əsrlərlə Azərbaycan dövlətçilik ənənəsinin ana şərtlərindən biri kimi dərk edilmişdir.

Bu qısa tarixi ekskurs Prezident İlham Əliyevin ifadə etdiyi “ədalətli olmağı” müasir şərtlər daxilində politoloji aspektdə tam ehtiva etmir. Çünki Azərbaycan Prezidenti müasir tarixi dönəm üçün xarakterik olan milli-regional-qlobal miqyasların qarşılıqlı əlaqəsində liderin ədalətliliyi məsələsini qoyur. İlham Əliyevin jurnalistə cavabında da bu məqam aparıcı yer tutur. Belə ki, Azərbaycan Prezidenti liderin ədalətliliyini, birincisi, öz xalqına yalan danışmamaqla və verdiyi vədlərə əməl etməklə əlaqələndirir. İkincisi, bu əlamət ayrıca dövlətlərdə özünü göstərsə belə, yekunda bütün dünyanın taleyinə təsir edən faktor ola bilər. Buna görə də İlham Əliyev “bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır”– deyir.

Bu məqamda jurnalistin sualda ifadə etdiyi məntiqin, Azərbaycan dövlət başçısının cavabında əksini tapan və ədalətli olmaqla bağlı məntiqinin qarşılıqlı münasibəti aydın olur. Belə alınır ki, əslində, çin jurnalisti İlham Əliyevin məhz ədalətli və məsuliyyətli lider olduğuna əmin imiş. Məhz bu keyfiyyətlərinə görə Azərbaycan dövlət başçısının bütün dünyanın geosiyasi dinamikasına təsir edən addımlar atdığına tam inanır. O cümlədən Çinlə münasibətlərdə İlham Əliyevin son dərəcə uğurlu olması bunun əlamətidir. Buradan geosiyasi sinerji məsələsinə maraqlı məntiqi bir keçid ortaya çıxır.

Geosiyasi sinerji

Müsahibədə məsələnin məhz bu kontekstdə müzakirə edildiyinə dəlalət edən başlıca fakt Prezident İlham Əliyevin Azərbaycan–Çin münasibətlərində ciddi uğurların əldə edilməsini və faktiki olaraq indi iki ölkənin strateji tərəfdaş səviyyəsində əlaqələr qurmasını xüsusi vurğulaması ilə bağlıdır. Çin telekanalının təmsilçisi İlham Əliyevin bu arqumentləri ilə nəinki razılaşır, hətta özü faktlar gətirir. Deməli, Azərbaycan liderinin Azərbaycan–Çin münasibətləri kontekstində geosiyasi sinerjidən bəhs etməsi tam əsaslıdır və bütün dünya üçün nümunə ola biləcək haldır.

Bu tezisin fonunda Azərbaycan liderinin arqumentlərinə politoloji kontekstdə nəzər salmaq faydalıdır. İlham Əliyev deyir ki, həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq, dövlətə başçılıq etdiyi müddətdə daima Azərbaycan xalqına həqiqəti söyləmişdir. Bunun davamı olaraq Azərbaycan dövlətinin pozulmuş hüququnu və tarixi ədaləti bərpa edəcəyini söyləmişdir. Azərbaycan xalqı liderindən həmişə ədalətli fikir eşitdiyindən onun ikinci vədinə tam inanmışdır. Nəticədə Azərbaycan İlham Əliyevin ldierliyi ilə suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini bərpa etdi.

Bu yolda bir sıra dairələrin qərəzli münasibəti ilə də qarşılaşmaq ola bilər, müəyyən məsuliyyətsiz kəslərin təhqirlərini də eşitmək olar, daha radikal formada, məsələn, sui-qəsdlərə də tuş gəlmək mümkündür, lakin bütün hallarda lider sınmamalı, yoluna davam etməlidir. Azərbaycan Prezidenti inanır ki, yalnız bu halda “siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız”!

Bütün bunlar rəhbərə ictimaiyyətin tam dəstəyini almağa və liderliyinin inkülivliyini təmin etməyə imkan vermişdir. Nəticədə, dünya İlham Əliyevi ədalətli, dürüst, vədinə əməl edən və uğurlu lider kimi qəbul etmişdir. Bu keyfiyyətlərə malik liderin dövlətlərarası münasibətlərdə də uğurlu olması məntiqidir. Çinlə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində əsas rolu İlham Əliyevin vurğuladığımız liderlik keyfiyyətlərinə malik olması oynamışdır!

Deməli, geniş anlamda geosiyasi sinerjini ədalətli, məsuliyyətli və uğurlu lider yarada bilər! Azərbaycan Prezidenti dünyaya bunu sübut etmişdir. Davosdakı müsahibədə də həmin məqamın ayrıca yer alması politologiya üçün qiymətli bilgidir. Politoloqlar liderliyi araşdırarkən həmin yeni xüsusiyyəti də tədqiq etməlidirlər.

Təhlillər göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Davosda verdiyi müsahibə nəzəri və praktiki cəhətdən böyük əhəmiyyəti olan məsələlərin müzakirəsini əhatə edir. Müstəqil dövlətin əsl inklüziv lideri kimi İlham Əliyevin təcrübəsini dünyanın ən güclü dövlətləri belə müxtəlif üsullarla öyrənirlər.

Artıq Azərbaycan dövlət başçısı qlobal miqyasda perspektivli liderlik nümunəsi kontekstində ciddi fəlsəfi, elmi və politoloji maraq doğurur! Bunun, hər şeydən öncə, Azərbaycan dövlətçiliyinin ənənəsi ilə yanaşı, müasir dönəmdə aldığı məzmunu baxımından da elmi və praktiki fəaliyyət üçün əhəmiyyət daşıdığını dərk etməliyik!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see460

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see362

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see358

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see316

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see274

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see274

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see274

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see271

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see188

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see149

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see148

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see140

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see140

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see133

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see128

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see124

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see123

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see122

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri