Icma.az
close
up
RU
Qarabağ zəfəri regionda ədalətli geosiyasi nizam yaratdı Deputat

Qarabağ zəfəri regionda ədalətli geosiyasi nizam yaratdı Deputat

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi zəfər nəticəsində Cənubi Qafqazda yeni siyasi vəziyyət yarandı. Geopolitik güc balansının Azərbaycanın xeyrinə dəyişməsi bölgədə siyasi və iqtisadi maraqları olan güc mərkəzlərinin münasibətlərində də öz əksini tapdı. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının böyük nəticələr göstərdiyini görən xarici dövlətlər başa düşdü ki, Cənubi Qafqazda davamlı sülhün təminatı məhz bu birlikdədir. Bakının dünyanın inkişaf etmiş dövlətlərinin, supergüclərin təzyiq və hədələrinə baxmayaraq 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatlara başlaması və xarici təzyiqlər altında bu əməliyyatları Zəfərə qədər davam etdirməsi Azərbaycanın "regional geopolitik alət" olmadığını, əksinə, diktə edən tərəf olduğunu göstərdi. 8 Noyabr Zəfərindən və Ermənistanın kapitulyasiya aktına imza atmasından sonra dünya dövlətləri nəticə ilə barışmağa məcbur oldu”.

Bunu “News24.az”a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. 

Onun sözlərinə görə, müasir dövlətçilik tariximizin ən qürurverici hadisəsi olan şanlı Zəfərimiz heç də asanlıqla əldə olunmadı: 

“Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə torpaqlarımızın azad olunması üçün məqsədyönlü addımlar atıldı. Həm ölkə daxilində, həm də beynəlxalq miqyasda münaqişənin həllində müharibə variantının masa üzərində olduğu daim diqqətə çatdırıldı. 

Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan hərb, informasiya və diplomatiya müstəvilərində üstünlüyü təmin etdi. Azərbaycan öz gücü hesabına separatizmə son qoydu, BMT-nin kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi. Bakı dünya miqyasında yeni nümunə ortaya qoydu, “münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur” tezisinin bir sıra hallarda özünü doğrultmadığını sübut etdi. Təbii ki, biz yaxşı başa düşürdük ki, “münaqişənin hərbi yolla həlli yoxdur” deyən qüvvələr əslində Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılmasında maraqlı deyildilər, təcavüzkar dövlətə dəstək göstərirdilər". 

Deputat qeyd edib ki, əldə olunan Zəfər regionda ədalətli geosiyasi nizam yaratdı, yeni təhlükəsizlik və əməkdaşlıq mühitini formalaşdırdı:

"Qələbəmiz sülh və etimad quruculuğunun həyata keçirilməsinə şərait yaratdı. Azərbaycan regionu konfrontasiya, böyük güclərin toqquşma mərkəzi olmaqdan xilas etdi. Kommunikasiyaların bərpası, yeni əməkdaşlıq platformalarının reallaşdırılması xarici dövlətlərə mühüm siyasi-iqtisadi üstünlüklər vəd edir. Ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində konstruktiv tərəfdaş kimi tanınır və yeni reallıqlar yaradaraq geostrateji mövqelərini daha da möhkəmləndirib.  Zəfərdən sonra Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin, xarici şirkətlərin sayı artdı. Qələbə təkcə Azərbaycan üçün deyil, bölgədə yaşayan bütün xalqlar üçün yeni imkanlar yaradır. Regionda sülh və təhlükəsizliyi tam təmin etmədən iqtisadi inkişada, yüksək sosial rifaha nail olmaq mümkün deyil”.

M.Vəliyeva əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaqviləsi imzalanarsa, regionda geopolitik və geoiqtisadi vəziyyət müsbətə doğru daha da dəyişəcək: 

“Bakı beynəlxalq güclərin regiondakı proseslərdə həlledici qüvvə kimi çıxış etməsində maraqlı deyil. Bunu 44 günlük Vətən Müharibəsində, 2023-cü il sentyabrındakı antiterror əməliyyatlarında və hazırda Ermənistanla aparılan danışıqlarda aydın görürük. Azərbaycan ATƏT-in Minsk Qrupunu prosesdən uzaqlaşdırdı, Rusiya sülhməramlı qüvvələrin Qarabağda uzun müddət qalmasının qarşısını aldı. Dünyanın ən güclü dövlətlərinin regional planlarını pozaraq, öz milli maraqlarını həyata keçirmək heç də hər bir ölkənin bacara biləcəyi bir siyasət deyil. 

Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra Gürcüstan da özünün xarici siyasətində ciddi korrektələr etdi. Ölkənin bütünlüklə Qərb dövlətlərindən asılı vəziyyətə salmış, qonşularla münasibətlərini nizama sala bilməyən əvvəlki hökumətlərdən fərqli olaraq, Gürcüstanın hazırkı iqtidarı işğal altındakı ərazilərini geri qaytarmaq üçün öz səhvlərini aradan qaldırmaq istiqamətində addımlar atır. İrəvan isə 30 illik işğal siyasətinin doğurduğu acı nəticələrdən ibrət götürmək əvəzinə öz ağasını dəyişməklə məşğuldur. 

Uzun müddət Kremlin forpostu olan Ermənistan indi də Qərbin sözəbaxan uşağı adını öz üzərində böyük fəxarətlə gəzdirir. Sözsüz ki, bəzi Qərb dövlətləri Orta Asiya ölkələrini Rusiya və Çinin təsiri altından çıxarmaq üçün yeni iqtisadi-ticari marşrutun yaradılmasını dəstəkləyirlər. Bu marşrut isə Orta Dəhlizdir. 

Asiya ilə Avropanı birləşdirən trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz ideyası türk dünyasının beynəlxalq məkana inteqrasiyası deməkdir. 44 günlük Vətən müharibəsindən sonra Orta Asiya dövlətlərinin beynəlxalq iqtisadi layihələrdə iştirakına şərait yaranıb. Zəngəzur dəhlizi  Orta Dəhlizin vacib bir hissəsi olacaq. Azərbaycan bu dəhliz boyunca istehsal sahələrinin, sənaye zolaqlarının, biznes imkanlarının yaradılmasını qarşısına məqsəd qoyub. Azərbaycan qonşu ölkələrlə əlaqələrini daha da möhkəmləndirmək, regionun hərtərəfli tərəqqisinə mühüm töhfələr vermək istəyir. Bölgədə yeni geopolitik vəziyyət yaradan Azərbaycan, təəssüf ki, bir sıra hallarda qarşı tərəf olan Ermənistandan əməkdaşlıq təkliflərinə qaneedici cavablar ala bilmir. Hesab edirəm ki, Ermənistan hakimiyyəti yaxşı fikirləşməlidir, yoxsa sonra gec ola bilər. Şahmat taxtasının gedişatı yenidir”.

Ağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Noyabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri