Icma.az
close
up
RU
Ədəb əxlaqın həyata tətbiqidir

Ədəb əxlaqın həyata tətbiqidir

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Girdim elmin məclisinə, eylədim elmi tələb,
Dedilər, elmə var hələ, öncə ədəb, öncə ədəb”...
El arasında belə bir məsəl var: “Adamı geyiminə görə qarşılayar, ədəbinə görə yola salarlar”. Hər bir insanın dəyəri onun ədəbindədir. İnsanlar arasında ən dəyərlilər əxlaqı və ədəbi gözəl olanlardır. Əxlaq - təməl, kök, bünövrə, ədəb isə onun görünən tərəfidir. Ədəb - insanın Allah, Peyğəmbər və cəmiyyət qarşısında duruşu, davranışıdır. Əslində, bütün bu bölgülərin də kökü eynidir. Belə ki, Allahını tanıyan, Onun əmrlərini yerinə yetirən hər kəs insana da, heyvana da, bitkiyə də ehtiram göstərəcək.
Ədəb - gündəlik həyat standartıdır, səhər duranda doğmalarınla necə görüşməyindir, əl-üzünü necə yumağındır, süfrə başında necə əyləşməyindir, evdən çıxanda necə sağollaşmağındır, avtobusda, metroda yaşlılara yer verməyindir, yoldan keçən əlillərə kömək göstərməyindir, qarşılaşdığın insanın üzünə təbəssüm etməyindir, söhbət etdiyin adamın gözünə baxmağındır, axşam evə gələndə yorğunluğunu (həm də təkcə yorğunluğunu yox, bütün başqa problemlərini) kandarda buraxmağındır, axşam qapıdan girəndə uzaq səfərdən gəlirmiş kimi hər kəslə hal-əhval tutmağındır...
Ədəb - sənin dünyaya təqdimatındır.
Xaliq-məxluq-əxlaq
Xaliq - xəlq edəndir, yoxdan var edəndir, yaradandır, yəni Allahdır (c.c.). Allahdan (c.c.) başqa heç kim Xaliq ola bilməz.
Məxluq - xəlq ediləndir, yəni yaradılandır, Allahın yaratdığı hər kəsdir, hər şeydir.
Xilqət - yaradılışdır, yəni qayəsi, məramı, qanunları var.
Əxlaq - Xaliqin xəlq etdiyi məxluq üçün müəyyən etdiyi, faydalı bildiyi və əmr buyurduğu həyat normasıdır.
“Ədəb” ərəb sözüdür və elə ərəb dilində də təxminən bizim bildiyimiz mənaları verir, özü də üç hərflə yazılır: əlif (ə), dəl (d), bə (b). Amma kim deyibsə, nə qədər də gözəl deyib ki, ədəb əlinə, dilinə, belinə sahib olmaqdır.
Əslində isə ədəb gözəl əxlaqın həyata tətbiqidir, yəni ədəb əxlaqın güzgüsüdür. Ədəb yoldur, üsuldur, davranış qaydasıdır, danışıq tərzidir, özünü dünyaya tanıtma, insanlığa göstərmə şəklidir...
Ədəb Peyğəmbərimizin (s.ə.s.) yoludur. Onun kimi oturmaq, Onun kim danışmaq, Onun kimi yerimək, xülasə Onun kimi yaşamağa, Onun kimi olmağa çalışmaqdır.
Köhnə kişilərin ədəbi
Görmədiyini, tanımadığını, səndən əvvəl yaşayıb ölmüşləri düşünmək nə qəribə hissdir, heç bu haqda düşündünüzmü? Üzlərini görməmisiniz, səslərini eşitməmisiniz, bircə onu bilirsiniz ki, onlar da sizin kimi Allahı tanıyıblar, Ona ibadət ediblər, indi bu həyatda yoxdurlar və bir vaxt siz də ölüb onların ardınca gedəcəksiniz. Elə bu düşüncə ilə də onlarda bir doğmalıq, bir yaxınlıq axtarırsınız özünüzə.
Bu söhbət haradan ağlıma gəldi, bilirsinizmi, uşaq vaxtı qoca kişilərdən eşitdiyim və gün keçdikcə yaddaşımda daha da canlanan dualardan. Bir Fatihə oxuyub keçmişlərin ruhlarına bağışlayardılar və bağışlayanda da əzbərdən uzun bir siyahı oxuyardılar. Əlbəttə, əvvəlcə Həzrəti Məhəmməd (s.ə.s.) başda olmaqla bütün Peyğəmbərlər, imamlar, Kərbəla şəhidləri, məclisdə iştirak edənlərin ölmüşləri ilə yanaşı o zaman hələ tam başa düşə bilmədiyim, amma başa düşə bilməsəm də, əzbərlədiyim bəzi kateqoriyadan insanlar da yer alırdılar o siyahıda: Allah rizası üçün yurdundan çıxıb qürbətdə ölənlərin, bivarislərin, unudulmuşların, “Yoxmu oxuduqları Fatihələrdən bizə də pay göndərən” deyən canların ruhları üçün...
O köhnə kişilərin bu və ya buna bənzər dualarını, o duaların arxasındakı ədəbi xatırlayanda başını əllərinin arasına alıb hönkürmək istəyirsən. Bu əxlaqı, bu ədəbi könlümüzə, ruhumuza yaz Allahım!..
Ədəbin qaynağı
Yuxarıda dedik ki, ədəb əxlaqın həyata tətbiqidir. Yəni əxlaqı gözəl olanın ədəbi də gözəl olur. Əxlaqın qaynağı isə Qurani-Kərim və Peyğəmbərimizin (s.ə.s.) həyatıdır. Suyu ayaq üstə deyil, oturaraq içməyi buyurur bizə Sevimli Peyğəmbərimiz. Yeməyi tələsmədən, loxmaları çeynəyərək udmağı, öz qarşısından yeməyi, sağ çinyi üstə, ya da üzü yuxarı yatmağı, söhbət zamanı qarşı tərəfi diqqətlə dinləməyi, insanların üzünə təbəssümlə baxmağı, yetimin başını oxşamağı, insanlara yaxşılıq etməyi, xəstələnənə baş çəkməyi, dara düşənə kömək göstərməyi, evinə sağ ayaqla girməyi, bar verən ağac kimi başıaşağı (yəni, təvazökər) olmağı, biri ilə üz-üzə gələndə yaş, məqam düşünmədən birinci salam verməyi, əldən tutmağı, etdiyin yaxşılığı unutmağı, insanlardan deyil, ancaq Allahdan təmənna ummağı, başqalarının hüququna hörmət göstərməyi öyrədir bizə Könüllər Sultanımız. Bir gün sevimli xanımı Aişə anamızdan Onun əxlaqını soruşurlar. O da cavabında deyir ki, siz Quran oxumursunuzmu? Onun əxlaqı Qurandır...
Həya – ədəbin özüdür
Ədəbin ən bariz görüntüsü həyadır. Bir insan həya edirsə, deməli, içində keçilməz sərhədlər, tapdanmaz dəyərlər var. İnsan Allahdan (c.c.) həya etdiyi üçün günahlardan qorunur, insanlara qarşı şəfqətli, səmimi davranır. İnsanların bir-birindən həya etməsi də əslində bir qədər əvvəl dediyimiz həyanın, yəni Allahdan çəkinməyin başqa bir təzahürüdür. Həya elə bir örtükdür ki, altında mənəvi gözəllikləri yaşadır. Həyasını itirən ədəbini itirir, ədəbini itirən dəyərini itirir. Həya sevgidir, həya səmimyyətdir, həya ədalətdir, həya dürüstlükdür. Və nəhayət, həya ədəbin özüdür.
Təmizlik və səliqə
Ədəbin görünən və görünməyən tərəfləri var. Təmizlik və səliqə ədəbin görünən tərəfləridir. İnsanın təmiz və səliqəli olması özünə və ətrafına qarşı hörmətli davranmasıdır. İnsanın əl-ayağının, üst-başının, oturduğu yerin, yaşadığı evin təmizliyi onun özünə və ətrafına münasibətini ifadə edir. Evin səliqəsinə baxanda orada hansı xarakterə sahib insanların yaşadığını təxmin etmək olur. Səliqə insanın bütün davranışlarında özünü göstərir. Əslində, səliqəli olmaq ölçülü-biçili olmaqdır ki, buna həya da demək olar, ədəb də. Hamısı da bir kökdən qidalanır, yəni əxlaqdan...
Qapı döyəndə
Bir evə qonaq gedəndə ya zəngi basır, ya da qapını döyürük. Yəni, gələn mənəm və sizi görmək istəyirəm. Qapını döyəndə də elə yerdə durmalıyıq ki, açılanda içərini görməyək. Qapı açılanda da elə etməliyik ki, dəvətsiz, təklifsiz içəri addım atmayaq. Bir qapını ən çoxu 3 dəfə döymək olar, buradan o tərəfi artıq ədəb sərhədini tapdamaqdır. Çünki evdə adam varsa, yəqin ki, səsi eşidib qapını açacaq. Tutaq ki, evdə adam var, amma qapını açmaq istəmir, demək ən doğru seçim dönüb getməkdir. Başqasının qapısını israrla, özü də dəfələrlə döymək ədəbdən xəbərsizlikdir.
Bu söylədiyimiz ədəb bəhsinin kiçik bir şöbəsidir. Həyatımızın hər sahəsində ədəb var. Ən gözəl əxlaqı da, ədəbi də biz Sevimli Peyğəmbərimizdən (s.ə.s.) öyrənirik. Çünki O, bəşəriyyətə ən gözəl əxlaqın və ədəbin örnəyini öyrətmək üçün göndərilib və öz vəzifəsini ən mükəmməl şəkildə yerinə yetirib.
Xoşbəxtlik yolu
Rəsulullah (s.ə.s.) buyurur ki, gözəl əxlaqı tamamlamaq üçün dünyaya göndərilib. Onun yolu ən gözəl əxlaq, ən üstün ədəb örnəyidir. Buyurur ki, bəndəyə təşəkkür etməyən Allaha şükür etməz. Yəni, Allahın rizasını istəyirsənsə, əvvəlcə Onun bəndələrinin könlünü almalısan. Ədəb özün üçün istədiyini başqaları üçün də istəməkdir. Ədəb haqlı və güclü olduğun halda bağışlamaqdır. Hər işini, hər əməlini Allahın rizası istiqamətinə yönəltməkdir. Hər işində, hər əməlində təvazökarlıq göstərməyi bacarmaqdır. Ədəb yoldur, səbir yolu, şükür yolu, təvəkkül yolu, xoşbəxtlik yolu. Rəbbim bizi bu yola bağlasın və ondan ayırmasın!
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 Avqust 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see233

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see222

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see194

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see146

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see133

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri