Icma.az
close
up
RU
“Ədəbiyyat İnstitutunun dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib

“Ədəbiyyat İnstitutunun dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 aprel, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyat İnstitutunun dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə çıxış edən institutun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli bildirib ki, Ədəbiyyat İnstitutunun elm tariximizdəki yerinə həsr olunmuş tədbirdə dörd ali təhsil ocağının tələbələri iştirak edirlər. Həm XX əsr boyu, həm də müasir dövrdə ədəbiyyatşünaslıq elminin inkişafında Ədəbiyyat İnstitutunun böyük rolu olduğunu deyən Mehman Həsənli tələbələrin belə bir elm ocağında olmasını onların həyatında əhəmiyyətli mərhələ kimi dəyərləndirib. O, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə institutda Azərbaycan ədəbiyyatının ən qədim dövründən bu gününə qədər hərtərəfli öyrənildiyini də diqqətə çatdırıb. Qeyd edib ki, şöbələrdə ədəbiyyatın müxtəlif sahələri öyrənilməklə yanaşı, dünya və türk xalqlarına həsr olunmuş bir neçə mərkəz də açılıb. M.Həsənli Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin dəstəyi ilə çap olunmuş çoxsaylı nəşrlər haqqında da danışıb. O, oncildlik “Azərbaycan ədəbiyyat tarixi”, indiyədək 60 kitabı işıq üzü görən “Sənətkarın elmi pasportu”, üç dildə hazırlanması nəzərdə tutulan “Türk xalqları ədəbiyyatı tarixi”, mühacirət ədəbiyyatına həsr edilmiş kitablar, çap olunmuş və hazırlanan ensiklopediyalar, Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi jurnallar sırasına daxil edilən üç akademik jurnal, istifadəyə verilməsi nəzərdə tutulan Ədəbiyyat İnstitutunun elektron kitabxanası və başqa işlər barəsində iştirakçıları məlumatlandırıb.

Tədbirdə şöbə müdirləri İmamverdi Həmidov və Asif Rüstəmli Ədəbiyyat İnstitutunun yaradılması və keçdiyi inkişaf yolu mövzusunda çıxış ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri