Icma.az
close
up
RU
Ədəbiyyat İnstitutunun illik hesabatı: 151 iş, 98 kitab, 872 məqalə

Ədəbiyyat İnstitutunun illik hesabatı: 151 iş, 98 kitab, 872 məqalə

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının hesabat iclası keçirilib.

İnstitutdan 525.az-a bildirilib ki, öncə il ərzində nəşr edilmiş kitablardan ibarət sərgi ilə tanışlıq olub.

Elmi şuranı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib.

Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı və Ədəbiyyat İnstitutunun vəzifələri, həmçinin Elektron xidmətlər şöbəsinin adının dəyişdirilərək Rəqəmsal ədəbiyyatşünaslıq, süni intellekt və elektron xidmətlər adlandırılması, funksiyaları haqqında fikirlərini bölüşüb.

Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı 2025-ci il üzrə illik elmi hesabatı təqdim edib. Aygün Bağırlı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib. O, Azərbaycanda “Konstitusiya və Suverenlik İli”ndə həyata keçirilən tədbirlər ilə əlaqədar nəşr olunmuş kitablar barəsində iştirakçıları məlumatlandırıb.

“Ümumilikdə il ərzində institutda 2 istiqamət, 8 problem, 19 mövzu üzrə işlənilən 151 işdən 80-i tamamlanıb, 71 iş üzrə tədqiqat davam edir. İnstitutun uğurları sırasında 16 tərtib, 5 tərcümə, 7 dərslik olmaqla 98 kitab, 66-sı xaricdə, 577-si jurnal və toplularda, 229-u qəzetdə olmaqla 872 məqalə çap olunub”, - deyə Aygün Bağırlı bildirib.

Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi proses – 2025” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti haqqında məlumat verib.

Yekunda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutun direktoru akademik Teymur Kərimli və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəri Ədəbiyyat İnstitutunun hesabat ilində gördüyü işləri yüksək qiymətləndiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2025 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri