Icma.az
close
up
RU
Folklor İnstitutunun illik hesabatı: 36 kitab və monoqrafiya, 300dən çox məqalə AZƏRTAC

Folklor İnstitutunun illik hesabatı: 36 kitab və monoqrafiya, 300dən çox məqalə AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da AMEA Folklor İnstitutunun Elmi şurasının hesabat iclası keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İclasda Folklor İnstitutunun direktoru vəzifəsini icra edən dosent Afaq Ramazanova 2024-cü ildə təşkil olunmuş tədbirlər, işıq üzü görən yeni nəşrlər barədə məlumat verib.

Qeyd edilib ki, 2024-cü ildə Folklor İnstitutunda “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 9 mövzu, 68 iş əsasında tədqiqatlar aparılıb. Cari ildə 53 iş tamamlanıb. Ümumilikdə il ərzində 4-ü xaricdə olmaqla 36 kitab və monoqrafiya, 54-ü xaricdə olmaqla 300-dən çox məqalə çap olunub. İnstitut əməkdaşlarından 1 nəfər elmlər doktoru, 2 nəfər fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb, 3 nəfər dosent elmi adı alıb.

Afaq Ramazanova 2024-cü ildə Folklor İnstitutunun təşkilatçılığı ilə 1 beynəlxalq konfrans, 1 beynəlxalq konqres, 4-ü respublika səviyyəli olmaqla 5 elmi konfrans, 1 elmi seminar, 1 elmi sessiya, 1 dəyirmi masa, 5 təqdimat mərasimi, 2 elmi-populyar tədbirin keçirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, 2024-cü il ərzində “Dədə Qorqud” jurnalının I, II və III nömrələrinə və “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının I nömrəsinə DOİ indeksi alınıb.

Hesabatda institut əməkdaşlarının elmin populyarlaşdırılması istiqamətində fəaliyyətindən və elmmetrik bazalardakı göstəricilərindən də bəhs olunub. “Scopus” və “Web of Science” bazalarında institutun 17 əməkdaşının təmsil olunduğu vurğulanıb.

İnstitutun 2024-cü il üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatı qənaətbəxş sayılaraq yekdilliklə qəbul olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri