Icma.az
close
up
RU
Ədəbiyyat Muzeyində görkəmli maarifçi Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd olunub AZƏRTAC

Ədəbiyyat Muzeyində görkəmli maarifçi Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd olunub AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli maarifçi, ictimai xadim Həbib bəy Mahmudbəyovun 160 illik yubileyinə həsr olunmuş “Maarif ziyasını yayanlar” mövzusunda ədəbi tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru akademik Rafael Hüseynovun “İşığı sönməyən Həbib bəy Mahmudbəyov” adlı məruzəsi dinlənilib. Akademik bildirib ki, Həbib bəy Mahmudbəyov ötən əsrin əvvəllərində Azərbaycan maarifçiliyində və mədəniyyətin inkişafında xidmətlər göstərmiş ziyalılarımızdan biridir. O, özü kimi fədakar və maarifpərvər insanları ətrafına toplayaraq rus-müsəlman kitabxanası yaradıb.

Diqqətə çatdırılıb ki, Həbib bəy Mahmudbəyov görkəmli yazıçı və ictimai xadim Sultan Məcid Qənizadə ilə birlikdə Tbilisidə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirdikdən sonra Bakıda ilk özəl rus-müsəlman məktəbinin əsasını qoyub. Bu, Azərbaycanda maarifin inkişafında böyük hadisə olub.

“Həbib bəy Mahmudbəyov pedaqoji fəaliyyətlə yanaşı, Azərbaycan teatrının yaranması istiqamətində də mühüm xidmətlər göstərib”, - deyə bildirən akademik Rafael Hüseynov vurğulayıb ki, Həbib bəy Mahmudbəyovun qoyduğu yol uğurla davam edib, o, böyük bir maarifçilər nəsli yetişdirib. Görkəmli ədib, həmçinin Bakı şəhər dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan Müəllimlərinin Birinci Qurultayının hazırlanması və keçirilməsində fəal iştirak edib.

Həbib bəy Mahmudbəyovu bilikli, ziyalı, xeyirxah şəxsiyyət kimi xarakterizə edən muzeyin direktoru onun yeni nəsil Azərbaycan ziyalılarının yetişməsində böyük rolu olduğunu söyləyib. Akademik Rafael Hüseynov Azərbaycanda Həbib bəy Mahmudbəyovun xatirəsinin daim hörmətlə anıldığını bildirib. Qeyd edib ki, Bakıdakı 2 nömrəli Texniki-Humanitar Elmlər Liseyinə onun adı verilib.

Tədbirin ədəbi hissəsi muzeyin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Afət Qədirova, muzeyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ceyran Qənbərli və rəssam Elina Lobodenko tərəfindən hazırlanıb.

Daha sonra Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar Elmlər Liseyinin və digər məktəblərin şagirdlərinin ifasında rus-Azərbaycan məktəbinin müəllimləri olmuş görkəmli ədiblərin və müdavimlərin əsərlərindən nümunələr səsləndirilib, səhnəciklər göstərilib.

Həmçinin liseyin XI sinif şagirdləri tərəfindən Mirzə Ələkbər Sabirin “Oxutmuram, əl çəkin!” şeiri və Üzeyir Hacıbəylinin “Millət geridə qaldı” felyetonu səsləndirilib.

Tədbirdə VII sinif şagirdlərinin iştirakı ilə Xalq şairi Süleyman Rüstəmin “Sağ ol, müəllimim Süleyman Sani!”, Abbas Səhhətin “İki uşaq”, Abdulla Şaiqin “Aslan, qurd və tülkü” və Sultan Məcid Qənizadənin “Nağıl” şeirləri səsləndirilib. Bundan başqa, Süleyman Sani Axundovun “Tutu quşu” nağılı, Tağı Şahbazi Simurqun “Quşlar kimi azadə” və Seyid Hüseynin “Yevlax-Şuşa yolu” əsərindən səhnəciklər göstərilib. Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbin VI sinif şagirdi Ayxan Məmmədov isə Cəfər Cabbarlının “Salam” şeirini səsləndirib.

Sonda akademik Rafael Hüseynov tədbir iştirakçılarına Nizami Muzeyinin Fəxri fərmanlarını təqdim edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri