Icma.az
close
up
RU
Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd edilib

Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd edilib

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bakı Kitab Mərkəzində Azərbaycanın təhsili və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan, maarifçi və ziyalı Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd edilib.

Həbib bəy Mahmudbəyovun adını daşıyan 2 nömrəli Texniki Humanitar liseyin təşkilatçılığı ilə keçirilən yubiley tədbirində ölkənin tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri, təhsil işçiləri, Milli Məclisin deputatları, liseyin məzunları və pedaqoji kollektivinin üzvləri iştirak ediblər. 

“Cebheinfo.az” xəbər verir ki, əvvəlcə Həbib bəy Mahmudbəyovun həyatı və pedaqoji-maarifçi fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş etdirilib. 

Tədbirdə çıxış edənlər - AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, xalq artisti Nurəddin Mehdixanlı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  müdiri Nərminə Hüseynova, 2 nömrəli Texniki Humanitar liseyinin direktoru Turanə Məcidli, Həbib bəy Mahmudbəyovun həyat və fəaliyyətinin tədqiqatçısı Filalogiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli 160 illik yubileyi qeyd edilən Həbib bəy Mahmudbəyovun həyatı və pedaqoji fəaliyyətindən danışıblar.

Qeyd edilib ki, Həbib bəy Mahmudbəyovun həyat və fəaliyyəti yalnız öz dövründə deyil, eyni zamanda bugünkü nəsillər üçün də önəmli bir ilham mənbəyidir.

Həbib bəy Mahmudbəyov 1887-ci ildə Sultanməcid Qənizadə ilə bir yerdə ilk rus-müsəlman məktəbini yaradırlar. Həyatı boyunca böyük ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olan Həbib bəy Mahmudbəyov respublikada xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından olub.

Bakı şəhər dumasının qlasnısı və məktəb komissiyasının üzvü olaraq 1906-cı ildə Azərbaycan müəllimlərinin Birinci qurultayının hazırlanması və keçirilməsində fəal iştirak edərək qurultaya sədrlik edib. 

Bakıda Ali Pedaqoji İnstitut yarandıqda onun direktor müavini, sonra isə direktoru olub, həm də gecə kursları təşkil edib. Həbib bəy Mahmudbəyov elm və təhsillə yanaşı Azərbaycanda teatrın inkişafında da böyük xidmətlər göstərib, ilk peşəkar teatr truppasının rəhbəri olub.

Çıxış edənlər Azərbaycanın təhsili və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan, maarifçi və ziyalı Həbib bəy Mahmudbəyovun irsinin təbliği və tanınması istiqamətində gördükləri işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Böyük şəxsiyyətin nəslinin nümayəndəsi Eldar Əzizov ulu babası haqqında öz fikirlərini iştirakçılarla bölüşərək yubiley tədbirinə görə öz təşəkkürünü bildirib.

Tədbirdə əməkdar rəssam Rza Afşar müəllifi olduğu Həbib bəy Mahmudbəyovun portretini liseyin kollektivinə hədiyyə edib. 

Tədbirdə Həbib bəy Mahmudbəyovun ən sevdiyi əsərlərdən biri olan "Hacı Qara" əsərindən kiçik bir səhnə təqdim edilib, musiqiçilərin ifasında klassik mahnılar səsləndirilib.

Nigar
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Mart 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri