Icma.az
close
up
RU
Ədəbiyyat Muzeyində macarşünas soydaşımızla görüş

Ədəbiyyat Muzeyində macarşünas soydaşımızla görüş

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində filosof, bəstəkar, şair və naşir Rasim Müzəffərlinin “Azərbaycan–Macarıstan ədəbi əlaqələri” kitabının təqdimatı keçirilib.

Mərasimi giriş sözü ilə açan muzeyin direktoru akademik Rafael Hüseynov bildirib ki, Azərbaycan Mərkəzi və Şərqi Avropa ölkələri arasında Macarıstanla əlaqələrə xüsusi önəm verir. Mədəniyyətlərimiz də, ədəbiyyatımız da daim iki xalqın yaxınlaşmasına xidmət edib, mədəni körpü olub. Bu axşam da bizi yaxınlaşdıran, qovuşduran mədəniyyətin üzərində qurulub.

İxtisasca filosof olan, eyni zamanda şair, bəstəkar kimi tanınan Rasim Müzəffərli uzun illərdir ki, macar ədəbiyyatını Azərbaycanda tanıtmaqla məşğuldur. O, İmrə Madaçın “İnsanın faciəsi” və Şandor Petöfinin “Azadlıq və sevgi” əsərlərini doğma dilimizə tərcümə edib.

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma bildirib ki, Macarıstan və Azərbaycan ədəbi əlaqələri yüksək xətlə inkişaf edir. Rasim Müzəffərlinin macar şairlərinin əsərlərini tərcümə edərək kitab halında çap etdirməsi bizi sevindirir. 2018-ci ildə Rasim Müzəffərliyə Macarıstan hökumətinin mədəniyyət mükafatı təqdim olunub. Bu mükafat, əsasən, dünyada macar mədəniyyətinin tanınmasında xidmətləri olan elm və mədəniyyət xadimlərinə verilir.

Rasim Müzəffərlinin tanınmış türkoloq alim Mariya Keneşi tərəfindən macar dilinə tərcümə olunmuş şeirləri və mahnı sözləri Azərbaycan Dillər Universitetinin macar dili üzrə məzunu Arzu Cəlilovanın ifasında səslənib.

Axırda Macarıstanla bağlı şeirlərini, klassik macar poeziyasından tərcümələrini və mahnılarını təqdim edən Rasim Müzəffərli təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib.

Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Mart 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see486

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see316

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see252

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see232

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see217

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see216

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see169

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see167

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see161

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see157

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see155

Ana və qızı eyni anda məzun oldular: Mən onun qədər çox oxumamışam VİDEO

17 İyul 2026 06:10see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri