Icma.az
close
up
RU
Ədəbiyyatımızın əsası lağlağıyla qoyulub Milli dəyərlər necə məhv edilir?

Ədəbiyyatımızın əsası lağlağıyla qoyulub Milli dəyərlər necə məhv edilir?

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Arzu Əsədin yeni yazısını təqdim edir.

Lağlağılıq müstəmləkəçilik mirasıdır.
On illərin, yüzillərin toplumda yaratdığı mənəvi illətdir. Azərbaycan yeni ədəbiyyatının - nəsrinin, dramaturgiyasının təməlində nə yazıq ki, laglağılıq üstünlük təşkil edir.
Axundov, Mirzə Cəlil, Haqverdiyev... həm də imperiyanın tələb və senzurasına cavab versinlər deyə elə öz personajları kimi millətə, milli dəyərlərə istiqamətlənmiş lağlağının barıtını çox ediblər.
Həyat və məişətimizə də lağlağının bütün elementləri nüfuz etmisdir. Hər doğulan uşaq sonradan ikinci lağlağı adını - ayamasını alırdı. Çar Rusiyası da, Sovet Rusiyası da fərdlərin, millətlərin özünə inamlarını qıran, inkişaflarının qarşısını almaq üçün onların psixologiyalarında özlərinə qarşı aşağılıq kompleksi yaradan lağlağıdan bir idarəetmə vasitəsi kimi məharətlə istifadə edirdi.
Səməd Vurğunun "Vaqif" əsərində "Yox da, çulu cırıq kiçik bir ölkə, Böyük Firdovsilər yaratdı, bəlkə" - deyə vəzirin - imperiyanın baş ideoloqunun dili ilə lağlağının bir müstəmləkəçi idarəçilik forması olduğu bədii ustalıqla verilib.
Mayası lağlağı ilə qoyulan Azərbaycan nəsri təbii ki, bir əsr boyu bu ənənəni davam və inkişaf etdirməli idi. Bu lağlağı nəsrin doğulmasına, bələnməsinə, yetişdirilməsinə xidmət edən mamaça tənqidcilərimizə də xüsusi qaydada təhsil və istiqamət verilib, təşviq olunub, ad-san qazandırılmışdır. Bu tənqidçilər sədaqətli qoruyucular kimi müstəmləkəçi-lağlağı ədəbiyyatın keşiyində durur, əsl ədəbiyyatın milli hiss və düşüncələrin yüksəlişinə rəvac verəcək qanadlarını doğrayırdılar.
Bu bu gün də belədir.
Həm də daha idbar şəkil alaraq. Sovet müstəmləkəçiliyinin qlobalist taşeronçuluğu əvəz edir. Postmodernizm bizdə bir ədəbi-fəlsəfi təfəkkür olaraq insanlığın düşüncə və sənət tarixinin təbii davamı kimi yox, zorən, milli-mənəvi dəyərlərin, demək, həm də milli dövlətçilik sərhədlərimizin tamamilə məhvinə yönəlmiş düşünülmüş bir müstəmləkəçilik siyasəti kimi meydana çıxdı və davam və inkişaf etdirilməkdədir.
Postmodernist ədəbiyyatın bədii vasitələri olan pastiş, ironiya çağdaş Azərbaycan ədəbiyyatında lağlağı forması aldı. İnsan mənəviyyatının böhranını, xəstəliyini göstərən, bununla da onun sağalmasına, normallaşmasına istiqamətlənən ironiya, özünəironiya insan mənəviyyatını, milli dəyərləri alçaltmağa yönəlik lağlağıya transformasiya olundu.
Orijinallığın olmaması, dünya ədəbiyyatından kobud, qeyri-yaradıcı mənimsəmələr, plagiat, mexaniki tətbiq ədəbiyyatın aydınlıq, yaradıcılıq, quruculuq missiyasından çox, qeyri-müəyyənlik, dağıdıcılıq funksiyasına yol açdı. Bu gün ədəbiyyatda hər hansı bir müsbət obraz yaradılması cəhdi pafos adı, damğası ilə cəzalandırılır.

Ədəbiyyat yüksək hiss-həyəcanın, mənəvi dəyərlərin, həyat eşqinin yox, inersiyanın, bayağılığın, messanlığın, duyğu səfalətinin, daxili məğlubiyyətin ifadəçisi olmağa yönəldilir. Ədəbiyyatın, sənətin də düşdüyü və daha da körüklədiyi bu illət - LAĞLAĞILIQ xərçəng xəstəliyi kimi metastaz verib bizim psixologiyamızı gəmirir. Fərdin və millətin həyatının əsaslarından biri olan ÖZÜNƏHÖRMƏT hissini məhv edir.
Sabirin keçən əsrin dindirişinə verdiyi cavab hələ də aktualdır: "İstiqbalımız lağlağıdır".
Bu günümüzü və sabahımızı bu illətdən qurtarmaq yollarını axtarmalıyıq.

Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu Xalq artisti kommunal borclara görə məhkəməyə verildi “Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Dekabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri