Ədliyyə naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyəcək Doğru Xəbərlər
Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
Ədliyyə naziri Fərid Əhmədov 2024-cü il noyabrın 29-da Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Laçın rayon sakinlərini qəbul edəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı noyabrın 28-dək Bərdə regional ədliyyə idarəsinə (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 110, əlaqə telefonu +994 20-205-43-07) müraciət edərək, həmçinin Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanı var.
Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 04 Noyabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















