Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Cənab Nazir!

Sizə ötən müraciətimdə vəzifəyə təyin olunduğunuz gün, bir çox vətəndaş kimi, şəxsən bu sətirlərin müəllifinin də böyük ümidlər içində olduğunu qeyd etmişdim. Bunun səbəbləri haqda artıq Sizə və oxucularımıza məlumat verdiyimdən, təkrarçılığa yol vermək istəmirəm. Amma bu gün çox təəssüflə bildirmək istəyirəm ki, ədliyyə sistemindəki özbaşınalıqlara son qoyacağınıza olan ümidim Sizə ilk müraciətimdən sonra tamimlə itmək üzrədir.

Şəxsən mənə elə gəlir ki, vəzifədə olduğunuz təxminən 17 ay ərzində vətəndaşların gözləntilərini və cənab Prezidentin etimadını doğrulda bilməmisiniz. Hətta üzülərək qeyd edirəm ki, rəhbərlik etdiyiniz qurumda vəziyyət günbəgün daha da pisləşir. Görünür, ya “köhnə qurdlar” Sizi saymır, ya da Siz öz “dişsiz” idarəçilik metodunuzla Ədliyyə Nazirliyindəki mövcud problemlərin həllinə nail ola bilmirsiniz. Yaxud, o da mümkündür ki, heç bu problemlərin həllində maraqlı da deyilsiniz…

Hörmətli Nazir!

Yuxurıda sadaladığım fikirlər təkcə jurnalist kimi deyil, həm də vətəndaş olaraq şəxsi düşüncələrimdir. Bəlkə də haradasa yanlışlığa yol verirəm, amma əfsuslar olsun ki, qarşılaşdığım problemlər, şahidi olduğum hadisələr məndə fərqli düşüncəyə gəlməyə əsas vermir. Amma çox istərdim ki, bu fikirlər yanlış olsun. Çünki hüquqi dövlətdə yaşayan hər bir vətəndaş kimi, mənim də ən böyük arzularımdan biri ölkəmizdə qanunların “şah olmasıdır”. Nə yazıq ki, hazırda arzularımızla mövcud reallıqlar bir-biri ilə təzad təşkil edir. Hətta belə demək mümkündür ki, bu gün ədliyyə sistemində qanunlar “dar ağacı”na çəkilib, yaxud da xırda məmurların bahalı ayaqqabılarının dabanı altında əzilir, tapdalanır.

Əlbəttə, bu misraları qələmə alarkən son dərəcə qərəzsiz olmağa çalışıram. Odur ki, hansısa fikrimdə ədalətsizlik, qeyri-obyektivlik hiss etsəniz, məmnuniyyətlə aydınlaşdırmağa, sübut etməyə, lazım gəlsə səhvimi düzəltməyə hazıram. 

Hörmətli Fərid Əhmədov!

Sizə cəmi 1 ayın içərisində İKİNCİ AÇIQ MƏKTUB ünvanlamağım heç də səbəbsiz deyil. Yeri gəlmişkən, indiyədək hansısa nazirə, yüksək rütbəli məmura qəzet, yaxud sayt üzərindən müraciət etmək vərdişim olmayıb. Amma hüquq sistemimizdəki qorxunc vəziyyət, aşkar ədalətsizliyin hökm sürməsi, ən əsası isə “balaca padşahlar”ın “icraçı” mündiri altında “at oynatmaları” məni Sizə müraciət etməyə məcbur buraxdı.

Doğrusunu bilmək istəyirsinizsə, birinci müraciətimdən sonra heç ağlıma da gəlməzdi ki, qeyd olunan problemin həlli bu qədər uzanar və Sizə ikinci dəfə müraciət etmək məcburiyyəti qarşısında qalaram. Üstəlik, ötən yazımın əsasında haqsızlıqla üzləşən vətəndaşın redaksiyamıza müraciəti dayanırdısa, bu dəfə ədliyyə sistemindəki bir çox eybəcərliklər, xüsusilə də canlı şahidi olduğum hadisələr məni ikinci dəfə Sizə AÇIQ MƏKTUB ünvanlamağa vadar etdi. Etiraf etməliyəm ki, vətəndaş, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 46, mənzil 68/69 da qeydiyyatda olan Həsənova Ülviyyə Sabir qızınını xeyrinə çıxarılan məhkəmə qərarının icra olunmaması ilə bağlı yazdığım yazı Sabunçu rayon İcra şöbəsinin rəisi Fizuli Hüseynov və İcra məmuru Vüqar Alıyevi çox ciddi şəkildə narahat etmişdi. Belə ki, həmin yazıdan sonra sözügedən şəxslər ya şəxsən, ya da müxtəlif tanışlar vasitəsilə bizdən – məndən və zərərçəkən Ülviyyə Həsənovadan “şikayətimizi geri götürməyi” xahiş edirdilər. Əslində, ortada hər hansı şikayət faktı yox idi. Olsa belə, o şikayət aylar öncədən rəhbərlik etdiyiniz qurum tərəfindən cavabsız buraxılmışdı. Amma, görünür, bu dəfə öz vəzifələrini itirmək qorxusu onları təşvişə saldığından, hər iki şəxs - Fizuli Hüseynov və Vüqar Alıyev çoxsaylı xahişlər edərək, problemin həlli ilə bağlı əvvəlcə 3 gün, sonra 1 həftə, daha sonra 10 gün vaxt verməyimizi istəyirdilər. Lakin təxminən 1 ay sonra aydın oldu ki, bu şəxslərin əsl niyyəti məhkəmə qərarı ilə dələduz olduğu təsdiqlənən, cavabdeh Bəşirov Şahin Bəşir oğlunu müdafiə etmək olub. Söhbət ondan gedir ki, Ş.Bəşirovun Dövlət Təhlükəsizlik Xidmətində (DTX) çox da mühüm olmayan vəzifədə çalışan yeznəsi icraçılarla hansısa şəkildə “anlaşmışdı”. Hər halda, bunu zərərçəkən xanım iddia edir.

Bundan sonra mənə aydın oldu ki, deməli, artıq Ədliyyə Nazirliyində tanışlıq, tapşırıq, xahiş və şəxsi maraqlar qanunlardan, eləcə də qurumun rəhbərinin – Sizin nüfuzunuzdan yuxarıda dayanır. Halbuki ilk günlər elə düşünürdük ki, icraçılar şəxsən Sizin, yaxud da Ədliyyə Nazirliyinin hansısa yetkili məmurunun göstərişi ilə problemin həllinə cəhd edirlər. Lakin sonda aydın oldu ki, bu şəxslər sadəcə zaman qazanmaqla bizi yola veriblər. Görünür, “biz öz işimizi gördük, artıq nə istəsəniz yaza bilərsiniz” əminliyi də məhz burdan qaynaqlanır. Amma düşünürük ki, bu, bizə deyil, məhz Sizə qarşı hörmətsizlikdir.

Cənab Nazir!

Bu günlərdə o da məlum oldu ki, Sabunçu rayon İcra şöbəsinin rəisi Füzuli Hüseynovun guya cavabdeh şəxsin adına torpaq sahəsi olduğu və üzərinə həbs qoyularaq zərərçəkən şəxsin xeyrinə hərracda satılacağı haqda dediyi sözlər, bizə təqdim etdiyi sənədlər də saxta imiş(FOTO). Ən maraqlısı isə odur ki, bu saxta sənəd məhz F.Hüseynovun iş otağında hazırlanmış və zərərçəkən şəxsə təqdim olunmuşdu.

Hörmətli Nazir!

Siz səlahiyyətiniz gərəyi ölkədə hüquq və ədalətin qorunmasına məsul və cavabdeh şəxslərdən birisiniz. İndiyədək keçdiyiniz həyat yolunun şəffaf olduğuna şübhəmiz yoxdur. Amma bir daha üzülərək qeyd edirik ki, rəhbərlik etdiyiniz qurumda baş verənlər, xüsusilə də məhkəmənin qanuni tələbənin icra olunmamasına müqavimət göstərilməsi təkcə dövlətimizə, rəsmi qurumlara inamı sarsıtmır, bu, həm də konkret olaraq Sizin barənizdə yanlış təsəvvürlər formalaşdırır.

Odur ki, Sizdən Ədliyyə Nazirliyindəki özbaşınalıqlara son qoyulması, məhkəmə qərarlarının əleyhinə çıxan icra məmurları - Fizuli Hüseynov və Vüqar Alıyevin barəsində hüquq müstəvisində tədbirlər görülməsi, o cümlədən vətəndaş Həsənova Ülviyyə Sabir qızının dələduzluqla ələ keçirilən vəsaitinin ona qaytarılmasının təmin olunmasına göstəriş verməyinizi xahiş edirik. İnanırıq ki, Sizin bu sahədə atacağınız addım ədliyyə sistemində özbaşınalıqlarla məşğul olan insanların qanunsuz əməllərinin qarşısını almaqla yanaşı, “dar ağacı”ndan asılı qalan qanunlarımızın işlək mexanizmə keçməsinə təkan verəcəkdir.

Jalə FAMİLQIZI

P.S. Ümid edirəm ki, bu yazıda qaldırılan problemə elə buradaca nöqtə qoymaq mümkün olacaq...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 İyul 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see206

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see174

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see170

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri