Ədliyyə Nazirliyi növbəti açıq müsabiqə elan edir
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ədliyyə Nazirliyi tərəfindən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir.
Gununsesi.info xəbər verir ki, müsabiqədə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Ədliyyə Nazirliyinin müxtəlif struktur qurumlarında olan vakant vəzifələri əhatə edən bu müsabiqədə iştirak üçün ərizələrin qəbulu fevralın 28-dən mayın 1-i saat 23:59-dək aparılacaq.
Namizədlər qeyd olunan tarixədək ərizələrini nazirliyin rəsmi saytında “Qulluğa qəbul” bölməsində “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elektron müraciət” adlı hissəyə və ya linkə daxil olmaqla təqdim edə bilərlər.
Müsabiqə üzrə test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd imtahana buraxılış vərəqəsini bu barədə elan verildikdən sonra mərkəzin rəsmi saytından qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.
Test imtahanının dəqiq vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək.
İmtahanda uğur qazanmış namizədlərin digər zəruri sənədləri bu mərhələdən sonra toplanılaraq yoxlanılacaq və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə söhbətə buraxılacaqlar.
Əlavə məlumatlar üçün (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlarla əlaqə saxlamaq olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 28 Fevral 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















