Zəngilanda 86 nəfər stomatoloji müayinədən keçirilib
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Zəngilan rayonunda səyyar stomatoloji müayinə aksiyası təşkil olunub.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının tibbi heyəti tərəfindən keçirilən ikigünlük aksiya zamanı ümumilikdə 86 vətəndaş tibbi müayinədən keçirilib.
Aksiya çərçivəsində Zəngilan sakinlərinə fərdi stomatoloji konsultasiyalar verilib, ağız və diş sağlamlığının qorunması ilə bağlı profilaktik tövsiyələr təqdim olunub. Müayinələr zamanı vətəndaşların ağız boşluğunun vəziyyəti qiymətləndirilib, mövcud stomatoloji problemlərin erkən aşkarlanması və müalicəsi istiqamətində müvafiq tədbirlər görülüb.
Tibbi xidmətlərin göstərilməsi zamanı tam avtonom işləmə imkanına malik portativ stomatoloji avadanlıqlardan istifadə edilib. Bu da səhiyyə xidmətlərinin xüsusi infrastruktur imkanları tələb etmədən əhaliyə çatdırılmasına şərait yaradıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad edilmiş digər ərazilərdə də tibbi müayinə aksiyalarının və maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 23 Noyabr 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















