Icma.az
close
up
RU
Ədviyyatların bilmədiyimizin faydaları və zərərləri: MÜHÜM TÖVSİYƏ KONKRET

Ədviyyatların bilmədiyimizin faydaları və zərərləri: MÜHÜM TÖVSİYƏ KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Ədviyyatlar qədim dövrlərdən bəri həm yeməklərə dad və ətir vermək, həm də sağlamlıq məqsədilə istifadə olunub. Elmi araşdırmalar göstərir ki, bir çox ədviyyatlar antioksidant, iltihab əleyhinə və antibakterial xüsusiyyətlərə malikdir. Bu təbii maddələr düzgün miqdarda və mütəmadi şəkildə istifadə olunduqda, bir sıra xəstəliklərin qarşısının alınmasına və ümumi sağlamlığın qorunmasına töhfə verə bilər.”

Bu fikirləri KONKRET.az-a açıqlamasında Sağlam qida təbliğatçısı Asim Vəliyev səsləndirib.

“Zərdəçalın əsas fəal maddəsi olan kurkumin güclü antiinflamator və antioksidant təsirə malikdir. Araşdırmalar sübut edir ki, kurkumin immun sistemini gücləndirir, xərçəng hüceyrələrinin inkişafını ləngidir və beyində neyrodegenerativ xəstəliklərin qarşısını ala bilir. Bundan əlavə, oynaqlarda ağrını azaldaraq revmatizm xəstəliklərinə qarşı da təsir göstərir.

Zəncəfil tənəffüs yollarını təmizləyir, soyuqdəymə və qrip əlamətlərini yüngülləşdirir. Eyni zamanda, mədə-bağırsaq sistemini tənzimləyir, ürəkbulanmanı aradan qaldırır. Tərkibindəki gingerol maddəsi isə iltihabla mübarizə aparır və xərçəng hüceyrələrinin böyüməsini ləngidə bilir.”

Ekspert bildirir ki, darçın qan şəkərini tənzimləməyə kömək edir və 2-ci tip diabetin idarə olunmasında faydalı ola bilər. O, həmçinin infeksiyalara qarşı qoruyucu təsirə malikdir və ürək-damar xəstəlikləri riskini azaldır.

“Mətbəximizdə tez-tez istifadə olunan qara istiotun tərkibindəki piperin maddəsi maddələr mübadiləsini sürətləndirir və qidaların, xüsusilə də kurkuminin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsini təmin edir. Bu səbəbdən digər ədviyyatlarla birlikdə istifadə edildikdə təsiri daha da güclənir.

Qoxusu çox bəyənilməsə də, sarımsaq təbii antibiotik kimi tanınır. Tərkibindəki allisin maddəsi bakteriya və viruslara qarşı təsirlidir. Sarımsaq həm də ürək-damar sistemini qoruyur, təzyiqi tənzimləyir və xolesterin səviyyəsini azaldır.

Ədviyyatlar düzgün istifadə olunduqda orqanizmin bir çox funksiyalarını dəstəkləyir və xəstəliklərə qarşı təbii qalxan rolunu oynayır. Ən əsası isə, kimyəvi dərmanlardan fərqli olaraq, bunlar təbii, əlçatan və nisbətən zərərsizdir. Lakin istənilən ədviyyatın istifadəsində balans vacibdir — artıq miqdarda qəbul allergik reaksiyalar və digər narahatlıqlara səbəb ola bilər.”

Qida məsələləri üzrə ekspert Fərid Səfərov isə saytımıza açıqlamasında bildirib ki, ədviyyatlar əsrlərdir tanınan və qidalarda istifadə edilən, müxtəlif bitkilərin toxumları, ləpələri, meyvələri, çiçəkləri, qabıqları, kökləri və yarpaqlarının qurudularaq üyüdülməsi ilə əldə edilən, qida məhsullarına rəng, dad, ətir və ləzzət verən təbii maddələrdir.

“Onlar yalnız yeməklərə ləzzət qatmaqla kifayətlənmir, eyni zamanda sağlamlıq üçün də bir sıra faydalar təqdim edir. Ədviyyatlar mikroblara qarşı təsir göstərərək infeksiyaların qarşısını almaqda kömək edir. Məsələn, qaz və həzmsizlik problemləri üçün zirə ən çox seçilən ədviyyatlardandır. Vanilin rahatlaşdırıcı təsiri var, mixək isə ağız qoxusunu aradan qaldırır, antibakterial xüsusiyyəti sayəsində diş və diş əti ağrılarına qarşı təsirlidir. Qara bibər ağrıkəsici olmaqla yanaşı, həm də antioksidant və sidikqovucu təsirə malikdir. Qıcıqlanmış bağırsaq sindromu olanlara sarıkök tövsiyə olunur. İmmuniteti gücləndirmək üçün isə zəncəfil, sarıkök, kəklikotu, qırmızı və qara bibər, darçın kimi ədviyyatlar geniş istifadə edilir”.

Ekspert qeyd edir ki, ən faydalı bitkilər belə həddindən artıq istifadə edildikdə zərərli ola bilər.

“Normadan artıq ədviyyat istehlakı ürəkbulanma, mədə ağrısı və ishala səbəb ola bilər. Mədə problemi olan şəxslərə ədviyyatlı yeməklərdən çəkinmək tövsiyə olunur. Həssas mədəsi olanlar, xora, ateroskleroz, yüksək təzyiq və allergiyadan əziyyət çəkənlər, hamilə qadınlar ədviyyat istifadəsində ehtiyatlı olmalıdırlar. Xüsusilə hamiləlik dövründə çox ədviyyatlı qidaların qəbulu qanaxma və düşüklə nəticələnə bilər. Bəzi ədviyyatlar isə 2 yaşdan kiçik uşaqlar üçün uyğun deyil”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Aprel 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri