Icma.az
close
up
RU
Effektiv dinləmə, yoxsa reflektiv dinləmə?

Effektiv dinləmə, yoxsa reflektiv dinləmə?

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Effektiv dinləmə ilk növbədə uşağa “Mənə hər şey aydındır” və ya “Bu, mənim üçün vacibdir” hissini aşılamalıdır.
Belə olduqda, uşaqda özünəinam hissi daha yaxşı inkişaf edir. Bu, həmçinin uşaqda özünüifadə gücünün də daha yaxşı inkişaf etməsinə səbəb olur. Nəticədə, ailədə ailədaxili dialoq daha güclü olur. Ancaq effektiv dinləmə üçün əsas şərtlərdən biri də reflektiv dinləmədir.
İndi isə bunu bütün xırda detalları ilə izah etməyə çalışaq. Ancaq bundan əvvəl effektiv dinləmənin nə olduğunu bilməli və bu dinləmədən sonra nə kimi çətinliklərin üzə çıxdığını öyrənməliyik.
Uşaqla ünsiyyətdə reflektiv dinləmə uşağın dediklərini (və ya demək istədiklərini) anlamaq və ona anladığımızı aşılamaqdır. Və ya başqa sözlə, uşaqda gördüklərimizi ona “əks etdirərək” danışmaqdır. Ancaq bir çox valideynlərin başa düşdüyü kimi uşağın dediklərini ona olduğu kimi çatdırmaq mənasızdır. Məsələn, əgər uşağınız hər hansı bir problemlə üzləşirsə və bunu sizə: “Murad məni oyuna götürmədi, bir də onunla danışmayacağam” - deyə bildirirsə, siz də qarşılıqlı olaraq uşağınıza: “Deyəsən, Murada möhkəm acıqlanmısan?”, - deməklə ona haqlı və ya haqsız olduğunu deyə bilərsiniz.
Ancaq məsələyə bu yanaşmanın heç biri effektiv dinləmə üçün başlanğıc deyil. Buna görə də, ən yaxşısı uşağın hissini ona əks etdirməkdir. Ancaq uşağınıza heç vaxt ilk reaksiya olaraq suallar verməyin. Bu reaksiyaya yalnız reflektiv dinləmə üsulunu tətbiq etdikdən sonra müraciət edin.
Reflektiv dinləmə nəticəsində uşaq: “Anam məni tənqid etmədi, sadəcə olaraq, anladı” deyə düşünəcək və bundan sonra valideyninə daha çox dərdini danışacaq. Ata-anası tərəfindən anlaşıldığını görən uşaq valideynlərinə daha sağlam ünsiyyətlə bağlanacaq. Əlbəttə ki, bu ünsiyyətin yaranması üçün siz valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Buna görə də, valideynlər səbirli olmalı, uşaqlarını diqqətlə dinləməli və ən əsası bununla onları səmimi olduqlarına inandırmalıdırlar.
Aygün Vəliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 02 Avqust 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see266

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see222

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see211

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see204

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see203

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see202

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see200

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see200

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see200

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see195

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see193

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see192

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see188

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see188

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see188

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see181

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see179

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see178

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see177

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri