Icma.az
close
up
RU
Effektiv siyasət, xalqın öz Liderinə dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirib

Effektiv siyasət, xalqın öz Liderinə dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirib

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda 20 sentyabr Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı tarixi əhəmiyyət kəsb edir. Bu son 200 illik tariximizdə ərazi bütövlüyü və suverenliyimizlə bağlı güclü Azərbaycan dövlətinin, xalqımızın birliyinin, hərbi siyasi rəhbərliyin sarsılmaz iradəsinin açıq tərənnümüdür. Azərbaycan xalqı 90-cı illərin əvvəllərində yenicə müstəqillik qazandığı dövrdə təsadüfi adamların siyasi hakimiyyətə gəlməsi nəticəsində böyük acılar, fəlakətlər yaşadı. Xalqımız soyqırımlar, etnik təmizləmələrə məruz qaldı. İşğalçı Ermənistan məhz Azərbaycanda mövcud olan pərkəndəlikdən, hakimiyyətsizlikdən istifadə edərək ərazilərimizi işğal etdi. Bu işğal bütün beynəlxalq hüquq normalarına zidd olaraq otuz ilə yaxın davam etsə də Azərbaycan xalqının əzmini, iradəsini, ona məxsus olana gec-tez sahib olmaq arzusunu sarsıda, sındıra bilmədi. Ulu Öndər Heydər Əliyevin strategiyası ilə doğru yolda irəliləyən Azərbaycan cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyü və suverenliyinə qovuşdu.Müasir tarixdə ancaq azərbaycan dövləti məhz cənab Prezident İlham Əliyevin strateji dühası ilə ərazi bütövlüyünə qovuşdu: “Qloballaşan dünyada, çətin kataklizmlərin baş verdiyi bir ortamda ərazi bütövlüyü və suverenliklə bağlı qəti iradə nümayiş etdirmək ancaq yüksək səviyyəli strateqlərə, sarsılmaz iradəyə malik şəxslərə malik bir xüsusiyyətdir. Azərbaycan xalqı xoşbəxtdir ki, məhz bir yumruq kimi ətrafında birləşdiyi ulu öndər Heydər Əliyev ideyaları onun sabahına işıq saçır. Torpaqlarımız otuz illik erməni işğalından azad edilib. Azərbaycan ərazisində bu gün uzun 10 illiklər hökm sürmüş qanunsuz xunta rejimi, separatçılar yoxdur”.1990-cı illərin əvvəllərindən başlayaraq Ermənistan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib: “İşğalçı ölkə hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin iyirmi faizini işğal edib. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilib. Ölkəmizin təbii resursları talan olunub”.Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edərək tarixi Zəfər qazanıb: “Azərbaycan öz torpaqlarını otuz illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub. 19 sentyabr 2023-cü ildə Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycanın şanlı üçrəngli bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır”.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri