Icma.az
close
up
RU
Efiopiya ciddi maliyyə çatışmazlığı səbəbindən fəlakətli aclıqla üzləşə bilər

Efiopiya ciddi maliyyə çatışmazlığı səbəbindən fəlakətli aclıqla üzləşə bilər

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 aprel, AZƏRTAC

BMT-nin Ümumdünya Ərzaq Proqramı (BMT ÜƏP) bu həftə Efiopiyada kəskin maliyyə çatışmazlığı səbəbindən qida çatışmazlığından əziyyət çəkən 650 min qadın və uşağın qidalanmasını dayandırır.

AZƏRTAC xəbər verir ki, maliyyələşmənin dayandırılması nəticəsində milyonlarla insan yardımdan məhrum olacaq.

ÜƏP 15-dən 20-dək donordan, o cümlədən ABŞ-dan maliyyə alır, lakin onların bir çoxu bu il maliyyəni kəsib, - deyə ÜƏP-in Efiopiya üzrə direktoru Zlatan Milişic bildirib.

Ümumdünya Ərzaq Proqramının məlumatına görə, Efiopiyada 10 milyondan çox insan ciddi şəkildə ərzaq təminatından məhrumdur, o cümlədən 3 milyonu münaqişə və ekstremal hava şəraiti, habelə müharibədən əziyyət çəkən qonşu Sudandan olan qaçqınlardır.

Milişiçin sözlərinə görə, iyun ayına qədər daha çox maliyyə vəsaiti alınmasa, 3,6 milyon insan yardımdan məhrum ola bilər, o cümlədən onlardan bəziləri qida çatışmazlığından müalicə olunur.

Efiopiyada ərzaq böhranı 2020-2022-ci illərdə Tıqrayda baş verən vətəndaş müharibəsi səbəbindən son illərdə daha da kəskinləşib. Ölkə, həmçinin 2022-ci ildə Afrika Buynuzu bölgəsində son onilliklərin ən güclü quraqlığı ilə üzləşib.

ÜƏP daha əvvəl bu il bölgədə quraqlığın yenidən qayıdacağı barədə xəbərdarlıq etmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 05:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri