Icma.az
close
up
RU
Efiopiya nümunəsi və Azərbaycan üçün dərs...

Efiopiya nümunəsi və Azərbaycan üçün dərs...

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

BMT-nin Ətraf Mühit Proqramı və beynəlxalq ekoloqların qiymətləndirmələrinə görə, meşəsalma layihələri yerli iqlim, torpaq və su ehtiyatlarının xüsusiyyətləri nəzərə alınmadan həyata keçirildikdə, gözlənilən faydanın əksinə olaraq ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Efiopiyada 2019-cu ildə həyata keçirilən “Yaşıl İrs Təşəbbüsü” çərçivəsində qısa müddətdə yüz milyonlarla ağac əkilməsi qlobal miqyasda böyük maraq doğursa da, sonrakı illərdə bəzi ərazilərdə tinglərin məhv olması, su çatışmazlığı və torpaq eroziyası ilə bağlı problemlər müzakirə olunmağa başladı. Mütəxəssislər bu nümunəni göstərərək vurğulayırlar ki, yaşıllaşdırma yalnız kütləvi ağacəkmə kampaniyası deyil, ekosistemin daşıma qabiliyyətinə uyğun, uzunmüddətli və elmi əsaslandırılmış idarəetmə prosesidir.Azərbaycanda aparılan yaşıllaşdırma işləri ekoloji tələblərə və yerli iqlim şəraitinə nə dərəcədə uyğun həyata keçirilir?Yaşıllaşdırma zamanı dekorativ görünüşə üstünlük verilir, yoxsa uzunömürlü, yerli şəraitə uyğun və ekoloji faydası yüksək olan ağac və bitki növləri seçilir?

Ekoloq Cəmşid Bəxtiyar Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda, xüsusilə də Bakı və digər iri şəhərlərdə aparılan yaşıllaşdırma işləri son illərdə geniş vüsət alsa da, onların ekoloji əsaslandırılması və uzunmüddətli səmərəliliyi ilə bağlı müəyyən problemlər hələ də qalmaqdadır.

“Çox təəssüf ki, bu məsələdə ilk növbədə nəzərə alınmalı olan tərəf yaşıllaşdırma layihələrinin ekoloji tələblərə və yerli iqlimə uyğunluğudur. Layihələrin bir hissəsi yerli iqlim xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilsə də, bəzi hallarda şəhərlərin estetik görünüşü daha çox ön plana çəkilir. Bu səbəbdən suya yüksək tələbatı olan və yerli şəraitə tam uyğunlaşmayan dekorativ bitkilərə üstünlük verilir”, – deyə ekoloq Cəmşid Bəxtiyar bildirib.

Ekoloqun sözlərinə görə, Azərbaycanın bir çox bölgələrində yay aylarının isti və quraq keçməsi nəzərə alınarsa, belə növlərin saxlanılması həm əlavə su sərfiyyatı, həm də yüksək qulluq xərcləri tələb edir və risklidir.

Ekoloq Cəmşid Bəxtiyar hesab edir ki, çəkilən xərclər özünü doğrultmaya bilər, bitki məhv ola və ya iqlimə uyğunlaşmaya bilər: “Praktikada hər iki meyl müşahidə olunsa da, daha çox yerli iqlim şəraitinin nəzərə alınması vacibdir. Bitkinin suya nə qədər tələbatı olduğu və susuzluğa nə dərəcədə davamlı olduğu əvvəlcədən müəyyənləşdirilməlidir. Yəni bitki seçilərkən bu xüsusiyyətlərə xüsusi diqqət yetirilməlidir”.

“Şəhər mərkəzlərində və parklarda dekorativ görünüşə üstünlük verildiyi hallar az deyil. Bununla yanaşı, ekoloqlar yerli iqlimə uyğun, quraqlığa davamlı və uzunömürlü ağac növlərinin, məsələn, palıd, çinar, qarağac, Eldar şamı və digər növlərin daha geniş istifadə edilməsini tövsiyə edirlər. Belə ağaclar daha az su tələb edir, çünki yerli iqlimə uyğunlaşmışdır. Onlar havanı daha yaxşı təmizləyir, karbon qazını daha çox udur, quşlar və digər canlılar üçün yaşayış mühiti yaratmaqda mühüm rol oynayırlar”, – deyə ekoloq vurğulayıb.

Cəmşid Bəxtiyar hesab edir ki, yaşıl sahələrin qorunması və qulluq məsələsi də yaşıllaşdırma zamanı ön planda olmalıdır: “Əkilən ağaclarla iş yalnız əkin mərhələsi ilə bitmir. Müşahidələr göstərir ki, bəzi ərazilərdə suvarma sistemi kifayət qədər səmərəli qurulmadığı üçün əkilmiş fidanlar iki il keçməmiş quruyur. İlk illərdə aqrotexniki qulluq zəif olur, ağacların mexaniki zədələnməsinin qarşısı lazımi səviyyədə alınmır, quraqlıq dövrlərində əlavə suvarma təmin edilmir. Nəticədə əkilmiş tinglərin müəyyən hissəsi quruyur və yenidən əkin tələb olunur. Bu isə həm maliyyə itkisi, həm də sərf olunan əməyin boşa getməsi deməkdir”.

“Bu prosesi yaxşılaşdırmaq üçün müəyyən tövsiyələr vermək istərdim. Daha səmərəli yaşıllaşdırma üçün aşağıdakı istiqamətləri vacib hesab edirəm. Şəhərsalma planlarında yaşıl zonalar əvvəlcədən nəzərdə tutulmalıdır. Müəyyən hallarda buna riayət olunsa da, daha diqqətli yanaşma vacibdir. Yaşıllaşdırma tikinti layihələri ilə uzlaşdırılmalıdır. Təəssüf ki, bəzən uzun illər ərzində formalaşmış yaşıllıq zonaları tikinti məqsədilə məhv edilir, ağaclar kəsilir. Bu, çox acınacaqlı bir tendensiyadır və onunla ciddi mübarizə aparılmalıdır. Hər bir layihədə dendroloq, botanik və ekoloq kimi mütəxəssislərin iştirakı təmin edilməlidir. Onların rəyləri və məsləhətləri əsasında yaşıllaşdırma işləri aparılmalıdır. Yerli və quraqlığa davamlı bitki növlərinə üstünlük verilməlidir. Sevindirici haldır ki, bəzi ərazilərdə bunun tətbiq olunduğunu müşahidə etmişəm. Suvarma məsələsində də müasir üsullardan istifadə etmək lazımdır. Damcı suvarma kimi suya qənaət edən sistemlər geniş tətbiq olunmalıdır”, – deyə Cəmşid Bəxtiyar bildirib.

Cəmşid Bəxtiyarın sözlərinə görə, əkilən ağacların ən azı ilk üç-beş il ərzində daimi monitorinqi aparılmalı və xüsusi qulluq proqramı hazırlanmalıdır: “Son illərdə müəyyən hallarda buna riayət olunduğu müşahidə edilir və bu, müsbət haldır. Lakin bunu bütün əkilmiş yaşıllıqlara şamil etmək hələ ki mümkün deyil. İctimaiyyət, qeyri-hökumət təşkilatları və elm müəssisələri yaşıllaşdırma layihələrinin qiymətləndirilməsinə cəlb olunmalıdır. Əkilən və sonradan quruyan ağacların statistikası aparılmalı, nəticələr təhlil edilməli və görülən işlərin səmərəliliyi mütəmadi olaraq qiymətləndirilməlidir. Bunlar mənim yaddaşımın imkan verdiyi çərçivədə sadaladığım əsas məqamlar və tövsiyələrdir. Şübhəsiz ki, digər mütəxəssislərin və həmkarlarımızın əlavə təklifləri də ola bilər. Amma istənilən halda çox istərdim ki, yaşıllıqların salınması zamanı bu məsələlərə diqqət yetirilsin və çəkilən zəhmət, sərf olunan dövlət vəsaiti, necə deyərlər, havaya sovrulmasın”.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Avqust 2026 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri