Efiopiya regionda hava üstünlüyünə nail olmaq niyyətindədir
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Efiopiya hərbi imkanlarını gücləndirməyi və regional hava üstünlüyünü təmin etməyi planlaşdırır.
"Africanews" xəbər verir ki, bunu Baş nazir Abiy Əhməd Əli yeni müddətə təsdiqləndikdən sonra parlamentdəki çıxışında açıqlayıb.
"Biz bölgəmizdə hava üstünlüyünə nail olacağıq", - o vurğulayıb.
Abiy Əhməd Əli qeyd edib ki, hərbi modernləşmə hökumətin prioritetlərindən biri olacaq. Onun sözlərinə görə, silahlı qüvvələr müasir texnologiyaları mənimsəməli, daimi döyüş hazırlığını qorumaq və həm qabaqlayıcı, həm də yaranan təhdidlərə cavab verə bilmək bacarığına malik olmalıdır.
Eyni zamanda, Baş nazir ölkədə fəaliyyət göstərən silahlı qruplaşmaları zorakı mübarizə metodlarından imtina etməyə və siyasi prosesə qoşulmağa çağırıb.
Hökumət başçısı onların nümayəndələrini milli barışığa qatılmağa, müxalifət partiyalarına qoşulmağa və siyasi ideyalarını dinc yolla irəli sürməyə dəvət edib.
///report///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 06 Oktyabr 2026 08:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















