Efiopiyada baş verən torpaq sürüşmələrində 70 nəfər ölüb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 mart, AZƏRTAC
Efiopiyanın cənubunda baş verən güclü yağış bir sıra torpaq sürüşmələrinə səbəb olub. Hadisədə 70 nəfər ölüb, təxminən 50 nəfər itkin düşmüş hesab edilir.
AZƏRTAC xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatlarına görə, torpaq sürüşmələri Qamo bölgəsində, Qaço Baba, Kamba və Bonke rayonlarında baş verib. Xilasedicilər bir nəfəri sağ çıxara biliblər.
Ölkədə hazırda yağışlı mövsüm davam edir, bu zaman tez-tez torpaq sürüşmələri və daşqınlar baş verir. İki il əvvəl ölkənin cənubunda baş verən torpaq sürüşməsi 229 nəfərin həyatına son qoyub. Son günlərdə güclü yağışlar digər Şərqi Afrika ölkələrinə də təsir edib. Qonşu Keniyada ötən cümə günü Nayrobidə yağan güclü yağış onlarla insanın ölümünə səbəb olub.
Bir sıra tədqiqat göstərir ki, son 20 ildə Şərqi Afrikada artan ekstremal quraqlıq və güclü yağışlar dövrü, ehtimal ki, insan fəaliyyətinin səbəb olduğu iqlim dəyişikliyi ilə bağlıdır.
Nərgiz Cəfərli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 13 Mart 2026 07:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















