İlham Yadullayev: “Meydançanın vəziyyətinə görə planlarımızı dəyişmişdik”
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Baku Sportinq Arena"nın meydançasının vəziyyəti yaxşı deyil. Buna görə də planlarımızı meydançanın durumunu nəzərə alaraq qurmuşduq". Bu sözləri Sport24.az-a açıqlamasında MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.
47 yaşlı mütəxəssis komandasının Birinci liqanın 5-cı turunda "Baku Sportinq"ə qalib gəldiyi oyunla bağlı fikirlərini bölüşüb:
"Baku Sportinq" 5 turdan sonra xal qazanmasa da, heyətində keyfiyyətli futbolçular var. Ona görə də rəqibin turnir cədvəlindəki mövqeyinə aldanmamalı idik. İlk hissənin əvvəlində gözlənilmədən qapımızda qol gördük. Heyətimiz genişdir. Hazırda zədəli futbolçularımızın sayı çox olsa da, inşallah, onlar tezliklə bərpa olunaraq yenidən komandaya qoşulacaqlar. Həm təcrübəli, həm də gənc futbolçularımıza güvənirik. Hər birinə inanırıq və mövsüm ərzində onların potensialından maksimum yararlanmağa çalışırıq".
Yadullayev bu mövsüm komandasının hədəfindən söz açıb:
"Biz turnir cədvəlində yüksək yerlər uğrunda mübarizə aparırıq. Məqsədimiz mövsümü mümkün qədər maksimum nəticə ilə başa vurmaqdır. Bunun üçün hər oyuna ciddi yanaşmalı və əlimizdən gələni etməliyik. Mövsümün sonunda qismətimizdə nə varsa, o da olacaq".
Qeyd edək ki, "Baku Sportinq" - MOİK matçı qonaqların 1:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 19 Oktyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















