Icma.az
close
up
RU
Əfqan İsayev: SOCAR 2035 ci ilə qədər tam enerji şirkətinə çevrilməyi planlaşdırır

Əfqan İsayev: SOCAR 2035 ci ilə qədər tam enerji şirkətinə çevrilməyi planlaşdırır

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"2035-ci ilə qədər ənənəvi neft-qaz şirkətindən qarışıq enerji portfeli olan, həm bərpaolunan, həm də ənənəvi mənbələrlə fəaliyyət göstərən enerji şirkətinə çevrilməyi planlaşdırırıq".

Oxu.Az xəbər verir ki, bu fikri SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) vitse-prezidenti Əfqan İsayev Bakı Enerji Forumu çərçivəsində keçirilən panel müzakirədə çıxışı zamanı səsləndirib.

O bildirib ki, şirkət qarşıdakı illərdə ənənəvi qaz hasilatı ilə yanaşı, bərpaolunan enerji sahəsində də fəal iştirak edən, aşağı karbonlu gələcəyə yönəlmiş tamhüquqlu enerji şirkətinə çevrilməyi qarşısına məqsəd qoyub.

"2035-ci ilə qədər biz tam enerji şirkətinə çevriləcəyik. Yəni yalnız qaz deyil, eyni zamanda, bərpaolunan enerji mənbələrinə əsaslanan fəaliyyətimiz də olacaq. 2050-ci ilə qədər isə xalis sıfır karbon emissiyasına malik şirkətə çevrilməyi planlaşdırırıq. Aşağıkarbonlu biznesə başlamaq bizim strategiyamızda əsas yer tutur".

O, bu istiqamətdə atılan mühüm addımlardan biri kimi 2023-cü ildə yaradılmış "SOCAR Green" müəssisəsini göstərib. Yeni struktur bərpaolunan enerji layihələrinin təşkili və həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Ə.İsayevin sözlərinə görə, artıq 3.5 giqavat gücündə bərpaolunan enerji istehsalı ilə bağlı dəniz layihələrinə start verilib. O, bu prosesdə SOCAR-ın beynəlxalq tərəfdaşlarının rolunu xüsusi vurğulayıb və əməkdaşlığa görə onlara təşəkkür edib.

Vitse-prezident qeyd edib ki, şirkətin yaşıl enerjiyə keçidi asan baş vermir. Əsas çətinliklərdən biri istehsal olunan enerjinin çatdırılması və şəbəkə imkanları ilə bağlıdır:

"Dünyanın ən yaxşı mühəndisləri, hüquqşünasları və sahə üzrə mütəxəssisləri ilə çalışırıq. Lakin xüsusilə də dəniz külək enerjisi sahəsində irəliləmək üçün infrastruktur imkanları məhduddur. Açıq dənizə birbaşa çıxışımız yoxdur və bu, texniki baxımdan əlavə çətinliklər yaradır".

Aləmdə Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 İyun 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri