Əfqanıstan və Suriya diplomatik münasibətlər qurmağa hazırlaşır KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi Suriyanın yeni hakimiyyət orqanları ilə diplomatik əlaqələr qurmağa hazır olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Hafiz Ziya Əhməd sosial şəbəkə hesabında məlumat verib. Muttəqi cümə günü Suriya Müvəqqəti Hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şeybani ilə telefon danışığı aparıb. Məlumatda daha sonra bildirilir:
“Xarici işlər naziri Müttəqi suriyalı həmkarını son nailiyyətləri münasibətilə səmimi qəlbdən təbrik etdikdən sonra yeni hökumətə uğurlar arzulayıb. O, həmçinin nazir Əl-Şeybanini xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona uğurlu fəaliyyət arzulayıb”.
Əl-Şaybani də öz növbəsində iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə ümid etdiyini bildirib və nümayəndə heyətlərinin mübadiləsi və yüksək səviyyəli səfərlər vasitəsilə ikitərəfli əməkdaşlığı gücləndirməyi təklif edib.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 28 Dekabr 2024 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















