Əfqanıstanda humanitar böhran kəskinləşir
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Əfqanıstanda humanitar böhran kəskinləşir.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Əfqanıstanın Pakistanla sərhədində döyüşlərin şiddətlənməsi və İran ətrafındakı böhranın dərinləşməsi ölkədə vəziyyətin pisləşməsinə səbəb olub.
BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) açıqlamasında deyilir: "Pakistanla təxminən 2400 kilometrlik sərhəd boyunca baş verən toqquşmalar Əfqanıstanın şərqində, cənub-şərqində və cənubunda təxminən 20.000 ailəni didərgin salıb."
Əfqanıstanın bir neçə əyalətində 30-dan çox rayon yerüstü və hava hücumlarına məruz qalıb. Bu əyalətlərdə ÜƏP sosial yardım proqramlarını, məktəb qidalanmasını və dolanışıq layihələrini müvəqqəti dayandırmaq məcburiyyətində qalıb.
Ölkənin qərbində, İranla sərhəddə, ABŞ və İsrailin İrana hücumları və Tehranın cavab hərbi əməliyyatları səbəbindən İrandan qayıdan əfqanların sayında artım gözlənilir. ÜƏP xəbərdarlıq edir ki, 2026-cı ilin aprel ayına qədər təşkilatın təcili əməliyyatlarının maliyyələşdirilməsi üçün ayrılan vəsait tükənəcək və milyonlarla insan köməksiz qalacaq.
Aminə ŞAHSUVARQIZI
Baxış sayı:82
Bu xəbər 04 Mart 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















