Icma.az
close
up
RU
Əfqanıstanda mobil telefonlar və internet işləmir

Əfqanıstanda mobil telefonlar və internet işləmir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Əfqanıstanda yerli sakinlərin və monitorinq xidmətlərinin məlumatına görə, çərşənbə axşamı bu ölkədə internet və mobil telefon xidməti kəsilib.

AZƏRTAC xəbər verir ki, Taliban hökuməti bundan əvvəl ədəbsiz videolarla bağlı narahatlığını ifadə edib, son həftələr isə hakimiyyət “mənəvi narahatlıqları” əsas gətirərək bəzi əyalətlərə fiber optik xətləri kəsib.

“Reuters” agentliyi bildirir ki, internetə çıxışın monitorinqi üzrə beynəlxalq təşkilat olan “NetBlocks”un məlumatına görə, Əfqanıstanda internet bağlantısı təxminən 1% səviyyəsində qalır.

Əhalini xidmətin kəsilməsi ilə bağlı xəbərdar edən özəl telekanal “Tolo News” səlahiyyətlilərin 3G və 4G mobil telefon xidmətlərini bağlamaq üçün bir həftəlik son tarix təyin etdiyini və yalnız köhnə 2G standartının aktiv qaldığını bildirib.

Qlobal internet trafikinin monitorinqini aparan “Cloudflare Radar” internet bağlantısında ən kəskin azalmanın paytaxt Kabildə, onun ardınca qərbdəki Herat və cənubda Qəndəharda olduğunu bildirib. Qəndəharda yerləşən Taliban rəhbərliyinin tətbiq etdiyi məhdudiyyətlər getdikcə sərtləşir.

Bu ay səlahiyyətlilər BMT-də çalışan qadınların da təşkilatın ofislərinə getməsini qadağan edib. Əvvəllər qadınlara bir çox işlərdə qadağa qoyulmuşdu, qızların isə orta məktəbdə oxuması qadağan edilmişdi.

Taliban İslam qanunlarının şərhinə uyğun olaraq qadınların hüquqlarına hörmət etdiyini iddia edir.

Qadın hüquqları müdafiəçisi Sənəm Kabiri bəyan edib ki, Taliban artıq məktəbləri, universitetləri, istirahət məkanlarını və idman obyektlərini qadınlar üçün bağlayıb.

İş üçün evdən çıxmaq məhdudiyyətləri ilə üzləşən qadınlar bəzi hallarda gəlirlərini təmin etmək üçün evdən işləməyə imkan verən internetə müraciət edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see280

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see277

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see272

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see265

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see252

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see250

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see247

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see242

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see236

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see229

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see217

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see216

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see207

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see186

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see180

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see172

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see171

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see167

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see166

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri