Əfsanəvi qapıçının oğlu İngiltərə Premyer Liqa klubunda
Icma.az, Qol.az saytına istinadən bildirir.
Futbol üzrə Çexiya millisinin əfsanəvi qapıçısı Petr Çexin oğlu Damian Çex atasının yolunu davam etdirir.
QOL.az-ın xəbərinə görə, atası kimi özü də qapıçı olan Damian ilk peşəkar müqaviləsini imzalayıb. O, İngiltərə Premyer Liqa təmsilçisi "Fulhem" klubunun oyunçusu olub.
Bu barədə futbolçunun özü İnstaqram hesabında məlumat verib.
16 yaşlı Çexlə bağlanan müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq.
Xatırladaq ki, ata Çex futbolçi karyerasını 2019-cu ildə başa vurub. O, Premyer Liqada ən çox "quru oyun" keçirmiş qapıçı rekorduna sahibdir.
Qeyd edək ki, hazırda 43 yaşı olan Petr Çex futbolla vidalaşsa da, idmançı karyerasını davam etdirib. O, 2019-cu ildən indiyə kimi İngiltərədə hokkey komandalarından birinin qapıçısı, eyni zamanda məsləhətçisidir.
Baxış sayı:95
Bu xəbər 08 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















