Icma.az
close
up
RU
Əfsun Əhmədov rüşvət aldığı üçün məhkəmə zalında həbs edilən hakimin qardaşı imiş

Əfsun Əhmədov rüşvət aldığı üçün məhkəmə zalında həbs edilən hakimin qardaşı imiş

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva özünün və teatrın direktoru olan həyat yoldaşı Rəşad Əhmədzadənin təzyiqlərə məruz qaldığı haqda neçə gündür ard-arda bəyanatlar verir. S.Haqverdiyeva baş verənlərin əsas səbəbkarı kimi Azərbaycan Kukla Teatrının aktrisası Nərmin Əhmədovanın adını çəkir.

Rejissor onu və həyat yoldaşını təhdid edən Nərmin Əhmədovanın Mədəniyyət Nazirliyi səviyyəsində himayə olunduğunu bildirir. Bu himayələrin isə Nərmin Əhmədovanın şirkət rəhbəri olan həyat yoldaşı Əfsun Əhmədovla Mədəniyyət Nazirliyi arasında hansısa qaranlıq əlaqələrdən qaynaqlandığı qeyd edilir.

Məlumat üçün xatırladaq ki, Əfsun Əhmədov “Next Group” nəqliyyat şirkətinin rəhbəridir. Həmin şirkət isə Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC ilə ümumi maliyyə dəyəri 608 020 manat təşkil edən satınalma müqavilələri imzalayıb. Bu, dövlət satınalmalarının vahid elektron portalında əksini tapan məbləğdir. Təsdiqlənməyən məlumatlara görə isə “Next Group” MMC Mədəniyyət Nazirliyinin xətti ilə 2 milyon manatlıq sifariş alıb. Bütün bunlar adıçəkilən nazirlikdəki vəzifəli şəxslərin N.Əhmədovanı himayə etməsinin səbəbi kimi qeyd edilir.

AFN.az-ın redaksiyasına “Next Group” MMC-nin rəhbəri Əfsun Əhmədovla bağlı daha bir məlumat daxil olub. Bildirilir ki, o, bu ilin yanvarında rüşvət almağa görə həbs edilən Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovun qardaşıdır. E.Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı məhkəmə zalındaca həbs olunub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, onun həbsinə səbəb vətəndaş şikayəti olub. Belə ki, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb.

Araşdırma ilə E.Əhmədovun Bərdə Rayon Məhkəməsinin hakimi vəzifədə işləyərkən narkotik ittihamı ilə saxlanılan Məqsəd Bayramovun həyat yoldaşından bu iş üzrə minimum həddə cəza təyin etmək üçün 21 min manat pulu rüşvət olaraq aldığı məlum olub. Hakim pulu iclas katibi Orxan vasitəsi ilə 10 min, 8 min və 3 min olmaqla hissə-hissə alıb. Aldığı rüşvətin qarşılığında isə Məqsəd Bayramova minimum həddə — 3 il azadlıqdan məhrumetmə cəzası təyin edib.

E.Əhmədov məhkəmədə ifadə verən zaman özünü rüşvət almaqda yox, dələduzluqda günahkar bilib. Pulu almasının səbəbi kimi isə anasının onkoloji xəstə olmasını göstərib. Deyib ki, sonra atası da onkoloji xəstə olduğu üçün aldığı pulu geri qaytara bilməyib.

Qeyd edək ki, E.Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Əhmədov Elsun Məzahir oğlu şübhəli şəxs qismində tutulub, ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Yazıda adları çəkilən şəxslərin mövqeyini verməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 Noyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see220

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see200

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see195

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see177

Ağsuda BƏDBƏXT HADİSƏ Vəziyyətləri ağırdır

02 Yanvar 2026 10:18see165

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see154

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see152

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see151

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see148

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see145

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see144

Ukrayna xüsusi xidmət orqanları Kapustinin ölüm xəbərindən sonra onun sağ olduğunu elan etdi

02 Yanvar 2026 10:15see143

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see138

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see136

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see134

General polkovnik Elçin Quliyev Elnarə Xəlilovanı təltif etdi FOTO

03 Yanvar 2026 02:31see133

Qarğa qarıldaması nəyə işarədir? Dünyanın ən ağıllı quşunun səsində gizlənən HƏQİQƏTLƏR

02 Yanvar 2026 15:15see133

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see130

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see129

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri