Icma.az
close
up
RU
Əfv qərarlarında əsas meyar say deyil

Əfv qərarlarında əsas meyar say deyil

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Əsas məsələ konkret şəxslərlə bağlı qərarın qəbul edilməsi və həmin şəxslərin vəziyyətinin fərdi şəkildə nəzərə alınmasıdır

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncam 20 məhkumun cəzasına şamil olunub. Onlardan 19-u azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən, bir nəfər isə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Əfv olunanlar arasında 14 nəfər Azərbaycan vətəndaşı, 1-i Fransa, 2-si Türkiyə, 1-i Rusiya Federasiyası, 1-i Pakistan Respublikası vətəndaşı olmaqla 5 əcnəbi var. Sərəncamda qərarın məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri, cəza müddəti və cəza çəkdikləri dövrdə davranışları nəzərə alınmaqla, humanizm prinsiplərinə əsaslanaraq qəbul edildiyi bildirilir. Qeyd edək ki, bu, Prezident İlham Əliyevin prezidentliyi dövründə 40-cı əfv sərəncamıdır. Bu sərəncamın Dövlət Suverenliyimizin bərpasını qeyd etdiyimiz bu günlərdə imzalanması təsadüf deyil. Ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmiş Azərbaycan, demokratik prinpislərə sadiqliyinin təsdiqidir. İnsan hüquqlarının təməlində dayanan hər bir insanın azadlıq haqqı ali qanunvericiliklə təsbit edilir. Azərbaycan dövləti insan hüquqlarına hörmət etdiyini zaman-zaman imzalanan əfv fərmanları, qəbul edilən amnistiya aktları ilə sübuta yetirir. Əlbəttə, bu o demək deyil ki, hər hansı cinayət törətmiş şəxs cəzasız qalır və ya yüngül cəza ilə kifayətlənilir. Hüquqi dövlətin göstəricisi cinayətkarın törətdiyi əmələ görə cəza almasıdır həm də. Lakin cəmiyyətin təhlükəsizliyi nəzərə alınaraq cinayətkarın azadlığının məhdudlaşdırılması, onun təməl hüquqlarının pozulmasına səbəb olmamalıdır. Azərbaycan hüquq sistemi isə nəinki öz vətəndaşlarının, hətta xalqımıza qarşı ağır cinayətlər törətmiş, soyqırımı aktlarında, dövlətə qarşı cinayətlərdə iştirakları faktlarla təsdiqlənən separatçılara qarşı da humanizm prinsiplərini əsas götürərək davranır. Onların cəzaçəkmə müəssisələrində saxlanma vəziyyəti, sağlamlıqları ilə maraqlanır, lazım olduqda müdaxilə edilir, ailə üzvləri ilə ünsiyyət yaratmalarına da şərait yaradır. Azərbaycan insan haqları üzrə müvəkkili Səbinə Əliyeva, eləcə də Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisələrinə vaxtaşırı baş çəkir, digər məhbuslarla yanaşı, separatçıların nümayəndələri ilə görüşürlər. Bu, Azərbaycan dövlətinin humanizm prinsiplərini yüksək tutduğunun göstəricisidir. 

Prezidentin imzaladığı Əfv sərəncamının mahiyyəti barədə "Şərq"ə danışan Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev bildirdi ki, bütün əfv sərəncamları hüquqi mahiyyətinə görə eynidir. Əfv sərəncamının imzalanması ölkə Prezidentinin müstəsna sələahiyyətlərinə aiddir. Bu səlahiyyəti Prezidentə Azərbaycan Konstitusiyası verir.

Əfv sərəncamları əhatə etdiyi şəxslərin sayı, cəza növləri, tətbiq olunan güzəştlərin həcmi və qəbul olunduğu ictimai-siyasi şərait baxımından bir-birindən fərqlənə bilər. Bəzi əfv sərəncamları yüzlərlə şəxsi əhatə edərək müəyyən bayramlara və ya əlamətdar tarixi tarixlərə təsadüf edir, bəziləri isə daha məhdud və konkret xarakter daşıyır. Sərəncama əsasən məhbusun cəzanın çəkilməmiş hissəsindən azad edilməsi, cəza müddətinin azaldılması və ya şərti azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalardan azad olunması mümkündür. Hətta bəzən bir və ya iki nəfər əfv olunur, azadlığa buraxılır. Yəni burada konkret bir qayda yoxdur ki, mütləq 100, yaxud neçə nəfərsə eyni anda, bir əfv sərəncamı ilə azadlığa çıxsın və ya cəzasının çəkilməmiş hissəsindən azad edilsin. Əsas məsələ əfv sərəncamının neçə nəfəri əhatə etməsi deyil. Əsas məsələ konkret şəxslərlə bağlı qərarın qəbul edilməsi və həmin şəxslərin vəziyyətinin fərdi şəkildə nəzərə alınmasıdır. Bir sərəncamla məhkum cəzanın çəkilməmiş hissəsindən azad edilir, başqa bir halda cəza müddəti azaldıla bilər və yaxud şəxs müəyyən cəza növündən azad oluna bilər. Yəni əfv sərəncamlarının tətbiq formaları da müxtəlif ola bilər. 

Ə.Nuriyev bildirdi ki, əfv fərmanı, yoxsa amnistiya aktları daha çox məhbusu əhatə edir, sualına da birmənalı cavab vermək mümkün deyil. Çünki hər iki halda azadlığa çıxan və ya cəzası azaldılan insanların sayı müxtəlif ola bilər: 

- Əfv sərəncamı ilə amnistiyanı bir-birindən fərqləndirmək lazımdır. Bunlar bir-birindən fərqli hüquqi institutlardır. Amnistiya müəyyən kateqoriyalara aid şəxslərə tətbiq edilir, əfv isə adları ayrıca göstərilən şəxslərə şamil olunur və ya fərdi müraciətlər əsasında cənab Prezident tərəfindən imzalanır. Əfvə düşən, amnistiya aktı şamil olunmuş insanların sayının azlığı-çoxluğu əhəmiyyəti azaltmır, əksinə, sərəncamın daha konkret və fərdi xarakter daşıdığını göstərir. Əfv sərəncamlarının hər birinin özünəməxsus xüsusiyyətləri olur. Bir sərəncam daha çox sayda şəxsi əhatə edə bilər, digəri isə daha məhdud sayda məhkumla bağlı ola bilər. Burada əsas məsələ həmin qərarın konkret şəxslərin vəziyyəti nəzərə alınmaqla qəbul edilməsidir. Son sərəncamda da məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri, cəza müddəti və cəza çəkdikləri dövrdə davranışlarının nəzərə alındığı qeyd olunur. Bu baxımdan sərəncamın daha konkret və fərdi xarakter daşıması diqqət çəkən məqamlardan biridir. Əfv komissiyasına daxil olmuş ərizələr, müraciətlər araşdırılır, hər bir məhkumun vəziyyəti fərdi qaydada qiymətləndirilir və Prezidentə təqdim olunur. Sərəncamın imzalanması dediyim kimi, Prezidentin müstəsna səlahiyyətidir. Əfv fərmanı da, Amnistiya Aktı da təkcə əlamətdar tarixlərdə, bayramlar ərəfəsində deyil, istənilən vaxt imzalana və qəbul edilə bilər. Əsa məsələ odur ki, məhkumlarla bağlı mütəmadi iş aparılır, sağlıq durumları, cəzalarının çəkilməsi vəziyyəti, təhlükəlik dərəcələri müəyyənləşir. Yaşlı, xəstə, cəzasının böyük hissəsini çəkmiş məhbusların əfv olunması, Amnistiya aktının onlara şamil edilməsinə ilk növbədə baxılır. Hər bir əfv fərman, eləcə də Amnistiya aktı yüzlərlə insanın azadlığına qovuşması, yenə həyata başlaması üçün bir imkandır. Arzu edək ki, insanlarımız onlara verilən bu imkandan düzgün nəticə çıxarsınlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Sentyabr 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri