Icma.az
close
up
RU
Onun üçün əsas meyar istedad idi...

Onun üçün əsas meyar istedad idi...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Həsən Seyidbəylinin vəfatından 46 il ötür

Bu gün Azərbaycan kino və ədəbiyyat tarixində silinməz izlər qoymuş Xalq artisti, rejissor Həsən Seyidbəylinin vəfatından 46 il ötür. H.Seyidbəyli təkcə rejissor deyil, həm də öz əsərləri ilə bütöv bir dövrün mənəvi yaddaşını formalaşdıran sənətkar idi. Dünyasını dəyişsə də, onun yaratdığı obrazlar, yazdığı ssenarilər və ekranlaşdırdığı hekayələr bu gün də tamaşaçıların və oxucuların qəlbində yaşayır.

Həsən Seyidbəyli milli Azərbaycan kinosunun inkişafında xüsusi yeri olan, öz adını uğurlu filmləri ilə kino salnaməsinə qızıl hərflərlə yazdıran sənətkarlardan idi. O, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin I katibi sədri vəzifəsində çalışıb. Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülüb.

“İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. “Telefonçu qız” povesti, “Cəbhədən-cəbhəyə”, “Tərsanə”, “Çiçək”, romanları, “Dəniz cəsurları sevir”, “Sən nə üçün susursan” (Hər ikisi İ.Qasımovla birgə) pyeslərinin, “Uzaq sahillərdə” (İ.Qasımovla birgə) əsərinin müəllifidir. “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Qızmar günəş altında”, “ O, qızı tapın”, “Yolda əhvalat”, “Uzaq sahillərdə” (İ.Qasımovla birlikdə) və neçə-neçə gözəl filmlərin rejissoru və ssenari müəllifidir.

İstedada güvənən rejissor...

Həsən Seyidbəyli öz filmlərində tanınmayan, amma istedadlı insanları çəkməyə üstünlük verirdi. “Nəsimi” filmi buna sübutdur. Həmin filmdə baş rol üçün namizədlərin sayı çox olub. Lakin Həsən Seyidbəylinin inadı və həssas duyumu yalnız Rasim Balayevə yönəlib. Gənc bir tələbənin belə bir tarixi şəxsiyyətin, böyük şairin obrazını məharətlə yaradacağına inanan Həsən Seyidbəyli həqiqətən də yanılmayıb. Uzaqgörən insan olan sənətkar işinə də, sənətinə də məsuliyyətlə yanaşıb. Onun üçün əsas meyar istedad olub.

Həsən Seyidbəyli yazıçı və publisist kimi...

Həsən Seyidbəyli həm də peşəkar publisist idi. İctimai-siyasi xadim kimi diqqət mərkəzində olan bu şəxsiyyət tez-tez xarici ölkələrdə müxtəlif səfərlərdə olub. Hər səfərdən qayıdışı isə mətbuat səhifələrində oçerk, təəssürat, yol qeydləri kimi öz əksini tapıb. Müəllifin bu sahədəki xidmətləri təqdirəlayiqdir. “İlk tanışlıq”, “On beş gün Yaponiyada”, “Yuqoslaviya xatirələri”, “İyirmi gün Amerikada”, “Gördüyüm yerlər” adlı publisistik kitablarda məhz səfər təəssüratlarından bəhs edilib.

Həm kinorejissor, həm də yazıçı kimi mükəmməl yaradıcılığa malik olan Həsən Seyidbəyli bir neçə çağırış Azərbaycan Ali Sovetinin və Bakı Sovetinin deputatı kimi də fəaliyyət göstərib. Filmləri Ümumittifaq Kino festivallarında priz və diplomlara layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmiş Həsən Seyidbəylinin yaradıcı əməyi həmişə qiymətləndirilib. O, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı” orden və medalları ilə təltif edilib.

Yaradıcılığında davam edən ömür

Rejissorun ölümü çox ani baş verib. Otuz saniyənin içində dünyasını dəyişib. Naharını edəndən sonra qəfildən halı pisləşib. Həyat yoldaşı ona iynə vursa da, vəziyyəti düzəlməyib. 1980-ci il iyunun 25-də vəfat edən Həsən Seyidbəylinin 59 yaşı vardı. Onun həyat yolu göstərir ki, həqiqi sənətkarın ömrü təqvimlə ölçülmür, çünki zaman keçdikcə bir çox adlar unudulur, lakin xalqın yaddaşında yaşayan sənət adamları hər yeni nəsillə yenidən doğulur, yenidən kəşf olunur və yenidən sevilir. Həsən Seyidbəyli də məhz belə sənətkarlardandır. Ömrünü başa vursa da, yaratdığı irs hələ uzun illər Azərbaycan mədəniyyətinin qızıl fondunun ayrılmaz hissəsi olaraq qalacaq.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyun 2026 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri