Icma.az
close
up
RU
Dəqiqlik və məsuliyyət əsas meyar olacaq

Dəqiqlik və məsuliyyət əsas meyar olacaq

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Bu gün tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət sürətli inkişaf dövrüdür. Bu baxımdan dövlət başçısının 2026-cı ilin yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi müsahibə görülən işlərin, əldə edilən uğurların xülasəsi olmaqla yanaşı, həm də ölkəmizin inkişafında yeni nailliyyətlərə yol açacaq layihələrə, əhəmiyyətli proqramlara əsaslanan yol xəritəsidir. Təxminən üç saat davam edən müsahibə, ilk növbədə, Prezident İlham Əliyevin media institutuna verdiyi önəmi və mətbuatla açıq, davamlı dialoqa xüsusi əhəmiyyət verdiyini nümayiş etdirir.

Prezident İlham Əliyev müsahibədə ölkənin daxili və xarici siyasəti, sosial-iqtisadi inkişafı, regional təhlükəsizlik və postmünaqişə dövründə həyata keçirilən işlər barədə geniş fikirlər səsləndirib, qeyd edib ki, son illər ərzində həyata keçirilən islahatlar Azərbaycanın dayanıqlı inkişafını təmin edib. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və sosial layihələrin icrası əsas prioritetlər kimi vurğulanıb. Prezident bildirib ki, əhalinin rifah halının yaxşılaşdırılması dövlət siyasətinin mərkəzində dayanır. Sosial və investisiyayönümlü siyasət arasında tarazlığın qorunması uzunmüddətli sabitliyin və davamlı inkişafın əsas şərti kimi təqdim olunur. Son illərdə minimum əməkhaqqının dəfələrlə artırılması, pensiya və müavinətlərin mütəmadi indeksləşdirilməsi, ardıcıl sosial islahat paketlərinin icrası bu yanaşmanın real nəticələrini nümayiş etdirir.

Müsahibədə xüsusi vurğulanan əsas məqamlardan biri beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklərdir: "Beynəlxalq münasibətlər son dərəcə gözlənilməz şəkildə inkişaf edir. Beynəlxalq hüquq faktiki olaraq işləməsə də, beynəlxalq arenadakı əsas oyunçular, - ən azı zahirən, - beynəlxalq hüquqa sadiq olduqlarını nümayiş etdirməyə çalışırdılar və qeyri-qanuni addımlar atarkən həmişə terminologiya ilə manipulyasiya etməyə can atırdılar, öz müqəddəratını təyinetmə anlayışından istifadə edilirdi, lakin bu prinsipin dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməli olduğu isə ya nəzərə alınmır, ya da bilərəkdən gözardı edilirdi" - deyə Prezident İlham Əliyev bildirib.

Sözügedən müsahibədə təhlükəsizlik məsələlərinə də xüsusi önəm verilir. Ordu quruculuğunun fasiləsiz xarakter daşıması, əldə olunmuş hərbi uğurların arxayınlıq yaratmaması strateji yanaşmanın əsas göstəricisi kimi təqdim olunur. İkinci Qarabağ müharibəsindən beş il sonra beynəlxalq ictimaiyyətin, aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların yeni reallıqları qəbul etməsi Azərbaycanın haqq və ədalətə söykənən mübarizəsinin qələbəsidir. Bu Qələbə təkcə hərbi yox, eyni zamanda siyasi, diplomatik və psixoloji baxımdan da qlobal miqyasda ciddi dəyişikliklərə səbəb olub. Prezident İlham Əliyevin müsahibəsində qeyd edib: “Biz hər zaman həqiqətə sadiq olmuşuq, həmçinin hər zaman ədalətə sadiq olmuşuq. Biz heç vaxt ədalətə uyğun olmayan heç bir şey etməmişik. Gördüyümüz bütün işlər tarixi, hüquqi və insani ədalətə əsaslanıb. Lakin dünya dəyişib. Biz kağız - BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq. Ona görə də, güclü olmalıyıq, biz də bunu etməyə çalışırıq. Mən hər bir ölkəyə bunu tövsiyə edirəm."

Prezident İlham Əliyevmüsahibədə 2025-ci ilin Azərbaycan-Amerika münasibətləri baxımından tarixi il olduğunu vurğulayıb. ABŞ-da praqmatik yanaşmanı ön plana çəkən yeni administrasiyanın formalaşması bu vəziyyəti köklü şəkildə dəyişib. Vaşinqtonda atılan simvolik və eyni zamanda siyasi baxımdan mühüm addımlar Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyub. Həmin mərhələ qarşılıqlı maraqlara, real nəticələrə və uzunmüddətli əməkdaşlıq perspektivlərinə əsaslanan münasibət modelinin formalaşmasını şərtləndirir. Bu dəyişikliklər təsadüfi deyil, məhz yeni regional reallıqların və artan qarşılıqlı maraqların məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin müsahibəsində qeyd olunan istiqamətlərdən biri nəqliyyat və logistika məsələləridir. Müasir geosiyasi şəraitdə Mərkəzi Asiya ilə Qərb arasında etibarlı coğrafi xəttin formalaşmasında Azərbaycanın rolu artan dinamika ilə ön plana çıxır. Nəqliyyat infrastrukturunun genişləndirilməsi, yeni investisiyaların cəlb olunması və Xəzər dənizi üzərindən enerji və rəqəmsal layihələrin icrası regional və qlobal inteqrasiyanı daha da gücləndirir.

Müsahibəsində səsləndirilən rəqəmlər Azərbaycanın iqtisadi gücünün bariz göstəricisidir. Xarici borcun ÜDM-in cəmi 6 faizindən bir qədər çox olması, ehtiyatların xarici borcu 17 dəfə üstələməsi və ÜDM-də 3,2 faizlik artım iqtisadiyyatımızın yüksək dayanıqlığını sübut edir. Nəhəng investisiya layihələri, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, regional inkişaf proqramları fonunda bu göstəricilər Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş iqtisadi siyasətin nəticəsidir.

Beləliklə, Prezident İlham Əliyevmedia nümayəndələrinin suallarını cavablandıraraq cəmiyyət üçün aktual olan məsələlərə aydınlıq gətirib və gələcək dövrdə qarşıda duran vəzifələrdən danışıb.Bu müsahibə göstərir ki, Azərbaycan artıq yeni mərhələyə keçib və bu mərhələdə qeyri-müəyyənlik yox, dəqiqlik və məsuliyyət əsas meyar olacaq.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri