Icma.az
close
up
RU
Əfv sərəncamı hansı məhkumlara şamil olunur? Deputatdan AÇIQLAMA

Əfv sərəncamı hansı məhkumlara şamil olunur? Deputatdan AÇIQLAMA

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev məhkum edilmiş 16-sı əcnəbi olmaqla 220 nəfərin əfv olunması haqqında sərəncam imzalayıb. Bu da ictimaiyyətdə müzakirələrə səbəb olub.

Bəs əfv sərəncamı hansı məhkumlara şamil olunur, proses necə gedir?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, əfv sərəncamının imzalanması və siyahıdakı insanların seçilməsi uzun prosesdir:

 
“Prezident İlham Əliyev Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, növbəti dəfə humanizm dəyərlərini rəhbər tutaraq əfv sərəncamı imzalamaqla 220 nəfərə ikinci şans verib. Cinayət qanunvericiliyinə əsasən, əfvetmə Prezident tərəfindən həyata keçirilir və bu aktla məhkum olunmuş şəxs ya cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Prezident İlham Əliyev imzaladığı əfv Sərəncamı ilə 175 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzanın çəkilməmiş hissəsindən azad edilib, 25 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 1 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş, cəzadan azad edilib, 2 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış, cəzadan azad edilib,  10 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzanın çəkilməmiş hissəsindən azad edilib,  2 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 4 nəfər islah işləri cəzasına məhkum edilmiş və cəzanın çəkilməmiş hissəsindən azad edilib, 1 nəfər cərimə cəzasına məhkum edilmiş, cəzadan azad edilib”. 

Millət vəkili nəzərə çatdırıb ki, bu, 71-ci əfv Sərəncamıdır:

“Bu aktlardan 32-si Ulu Öndər, 39-u isə prezident tərəfindən qəbul edilib. Bu günə qədər əfv institutu 10162 nəfərə şamil edilib və hazırkı aktla 6597-ci şəxs cənab İlham Əliyevin humanist yanaşmasından faydalanmış olur. 

Aydındır ki, əfvetmə sadə bir mexanizm deyil, bu proses təhlillərə əsaslanır və hər dəfə mümkün qədər daha çox insanı əhatələməsinə çalışılır. Eyni zamanda, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsi amilini unutmamalıyıq. Məhkəmə qaydasında cəzaya məhkum edilmiş şəxslər bir qayda olaraq o halda əfv edilir ki, onun barəsində təyin edilmiş cəza tədbiri ilə məqsədə nail olunub. Yəni şəxs artıq islah edilib və cəmiyyət üçün daha təhlükəli deyil və onun cəzasının bütövlükdə çəkilməsinə ehtiyac yoxdur. Son əfvetmə aktına qədərki araşdırmaların nəticələri də məhz bu sayda insanın müvafiq kriteriyaya cavab verdiyini ortaya çıxarıb. Azərbaycan dövləti bir nəfər də olsun vətəndaşın cəzaya məruz qalmasını arzu etmir, amma cəmiyyətin təhlükəsizliyi və ictimai qaydanın təmin edilməsi çox vacibdir”. 

B.Məhərrəmov qeyd edib ki, təəssüf ki, bu dəfə də bu humanist aktın mahiyyətinə məqsədli şəkildə sosial media çirkabında və tarixin zibilliyində olan antimilli ünsürlər, tarixin zibilliyində olan "siyasilər" tərəfindən kölgə salınmağa çalışılır:  

“Lakin bu böyük humanizm aktı barədə hər hansı neqativ düşüncə formalaşdırmaq cəhdləri, kimlərinsə prosesdən kənarda qalması barədə qərəzli və savadsız mühakimə ən azı bu əvfdən yararlanmış 220 şəxsin doğmaları olan yüzlərlə ailəyə hörmətsizlikdir. Eyni zamanda, əfvi amnistiya aktı ilə müqayisə edərək niyə amnistiyadan daha az insanı əhatə etməsi barədə iddiaları görməkdəyik ki, bu da sadəcə savadsız populizmdir. Ən azı, ona görə ki, əfv fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Prezident tərəfindən, amnistiya aktı isə fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir. Yəni əfv zamanı hər bir şəxsə fərdi yanaşılır, amnistiya zamanı isə şəxslər yox, əməllər önə çəkilir. 

Bir sözlə, cənab Prezidentin imzaladığı əfv Sərəncamı böyük humanizm aktıdır və kimlərinsə özfəaliyyət xarakterli yorumları bu hüquqi aktın mahiyyətinə xələl gətirə bilməz”.

Firuzə Əliyeva
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 May 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri