“Əgər 1 milyon dollar qazanıbsa, bəs onun vergisi hanı?” ŞƏRURLU İSFƏNDİYARDAN ONU MƏHKƏMƏYƏ VERƏNƏ SUAL
Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, bu gün “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə növbəti məhkəmə keçirilib.
Tanınmış iş adamından şikayətçi isə “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur.
Gununsesi.info-ya açıqlamasında iş adamı İsfəndiyar Axundov barəsində səsləndirilən iddialara münasibət bildirib.
O, qeyd edib ki, ona qarşı irəli sürülən bütün ittihamlar qərəzlidir:
“Həmin şəxsin özünə sual vermək lazımdır ki, o bu günə qədər dövlətə hansısa vergi veribmi? Özünün evi də yoxdur, 1 milyon dolları hardan aldı, verdi? Pulu olsaydı, gedib özünə ev alardı. Hamısı birləşib mənə qarşı qərəzli rol aparırlar. Hamısı qərəzlidir. Mən “Zamin Bank”dan pul götürmüşəm, Zamin Bank məni məhkəməyə verdi, Konstitusiya Məhkəməsinə qədər udmuşam. “Milli Bank” da məni məhkəməyə verdi, onu da Konstitusiya Məhkəməsinə qədər udmuşam. Milli Bankın müdiri dəyişəndən sonra 4-5 il keçəndən sonra yenidən veriblər məhkəməyə ki, yenidən Kommersiya Məhkəməsi baxmalıdır. Onun da 3 il vaxtı var, üstündən isə 5-6 il keçib.
Deyirlər, guya ki, savadlı kadr olmayıb. Onların heç biri məhkəməni düzgün qaydada aparmayıb. Bu gülməli deyilmi? Savadsız mənəm, çobanam, necə oldu ki, mən onları uddum, ancaq onlar yenidən məni məhkəməyə verdilər, üstündən xeyli vaxt keçəndən sonra. 3 məhkəmə baxıb, bəs bunlar məhkəmə deyilmi?
Yəni banklarda elə savadsız adamlar varmı ki, düzgün nəticə ortaya qoymasınlar? Bəlkə yalan deyirəm?
Bu açıq-aydın onu göstərir ki, ortada mənə qarşı böyük bir qərəz var. Sizdən xahiş edirəm, gedin həmin şəxsə sual verin, görən o pulu hardan alıb, hardan qazanıb ki, mənə 1 milyon dollar məbləği versin? Əgər qazana bilibsə, dövlətə niyə vergi verməyib? Birmənalı şəkildə fırıldaqdır. Ona görə də onlardan ədalətli qərar gözləmirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 05 Sentyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















