“Əgər bunu kimsə edəcəksə, o da biz olacağıq” Tramp
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
ABŞ İranın Hörmüz boğazından keçidə görə rüsum toplamasına icazə verməyəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp çıxışı zamanı bildirib.
Çıxış Ağ Evin “YouTube” kanalında canlı yayımlanıb.
“Mən onların rüsum toplamasına icazə verməyəcəyəm. Əgər bunu kimsə edəcəksə, o da biz olacağıq. Keçid haqqında ödəniş yığılması məsələsi İranla aparılan danışıqlarda müzakirə olunmur. Birləşmiş Ştatlar Hörmüz boğazına tam nəzarət edir”, – deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Tramp Vaşinqton və Tehranın avqustun 3-də danışıqlar aparacağını və tərəflərin Hörmüz boğazı ilə bağlı razılığa gəldiklərini elan etmişdi.
Xatırladaq ki, avqustun 3-də İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Trampın danışıqlar barədə dediklərinin həqiqəti əks etdirmədiyini bildirib. O dəqiqləşdirib ki, İslam Respublikası və Oman Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 04 Avqust 2026 01:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















