Icma.az
close
up
RU
Əgər dövlət orqanı göstərdiyi xidmətə görə haqq alacaqsa, bu, artıq kommersiya təşkilatıdır

Əgər dövlət orqanı göstərdiyi xidmətə görə haqq alacaqsa, bu, artıq kommersiya təşkilatıdır

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Deputat Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə (üçüncü oxunuş) etiraz edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə Milli Məclisin bugünkü plenar iclasında sözügedən layihənin müzakirəsi zamanı çıxış edib.

Millət vəkili hesab edir ki, qanunun 14-cü maddəsi birbaşa Konstitusiyaya ziddir:

"Ona görə ki, burada həm dövlət rüsumundan gedir, həm də xidmət haqlarından gedir. Dövlət rüsumu dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə sənədlərin tərtibi, qeydiyyata alınması, verilməsi və s. ödənilən haqdır, məbləğdir, ödənişdir.

Təqdim edilən hüququ müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istisna olmaqla, 1.1-də fiziki şəxs dövlətin adından bu qanunun 1.1-ci maddəsinin birinci abzasında göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz. 1.2, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdə, qanunda göstərilmiş həcmdə, bir daha qeyd eləyirəm, əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməz. Bu qanunun 17.6.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi qaydası ilə bağlı müddəalar nəzərdə tutula bilməz. 17.6.1-də söhbət nədən gedir? Yəni xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəli giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumların məbləği, bu qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğlərdən fərqli olduqda, dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunur.

Mən qanunun bu maddələrini niyə oxudum? Ona görə ki, əslində rüsum göstərilən xidmətə görə haqdır. Göstərilən xidmətə görə əlavə haqlar qoyuruq. Əgər dövlət orqanı göstərdiyi xidmətə görə haqq alacaqsa, bu artıq kommersiya təşkilatıdır. Onda gərək onu vergilərə cəlb edək. Bu baxımdan hesab edirəm ki, yəni, doğrudan da, mən başa düşürəm, əgər ölkəyə pul lazımdırsa, bunun üçün mülkiyyətin toxunulmazlığını təmin etmək üçün qanunlar qəbul etmək lazımdır, əlverişli biznes mühiti və invesstisiya mühiti yaratmaq lazımdır ki, ölkə iqtisadiyyatı inkişaf etsin və büdcəyə gəlirlər artsın və bizdə də dövlət orqanlarının büdcədən lazımi səviyyədə maliyyələşdirmək olar. Amma bu formada vətəndaşlardan, fiziki və hüquqi şəxslərdən dövlət orqanının göstərdiyi rüsumdan əlavə olaraq xidmət haqqı alınması da konstitusiyaya ziddir".

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri