Icma.az
close
up
RU
Əgər Mehdiyev kimi qorxaq cəsarətə gələ bilibsə… KONKRET

Əgər Mehdiyev kimi qorxaq cəsarətə gələ bilibsə… KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-də yaşayan sabiq spiker Rəsul Quliyev Ramiz Mehdiyev ətrafında baş verən qalmaqala və Azərbaycanda Rusiyanın agent şəbəkəsi ilə bağlı müzakirələrə münasibət bildirib.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, o, bu istiqamətdə sərt tədbirlərin görülməsinin vacibliyini bildirib.

Rəsul Quliyev deyib ki, artıq uzun illərdir Rusiyanın Azərbaycanda çoxsaylı agentləri fəaliyyət göstərir:

“Mən ən azı son beş ildə rusların Azərbaycanda çoxsaylı agentlərinin olması təhlükəsinin qarşısını almağın vacibliyini qeyd etmişəm. Həm ölkədə, həm də Rusiyada yaşayan və Rusiyaya xidmət edən kifayət qədər azərbaycanlı hələ də var və onlardan təmizlənmək vacibdir. Bu ölkə 19-cu əsrdən bəri bizim üçün ən təhlükəli ölkə olub və elə də qalacaq. Rusiyanın agentlərinə qarşı son dərəcə qəddar olmaq lazımdır. Gərək bu işi görmək istəyənlərin gözü qorxsun”.

R.Quliyev bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu agentləri aşkar etmək üçün bütün vasitələrdən istifadə etməlidir:

“Əgər Mehdiyev kimi qorxaq bir adam cəsarətə gələ bilibsə, görün az cəsarəti olanların sayı nə qədər olar. Şübhəlilər təcili həbs edilməlidirlər. Fikirlərini bölüşdükləri və müəyyən vəzifələr vəd etdiyi adamlar xəbər vermədiklərinə görə həbs edilməlidirlər”.

Sabiq spiker qeyd edib ki, Ramiz Mehdiyevin guya “Putin tərəfindən satıldığı” versiyasına inanmır:

“Mən onun Putin tərəfindən satıldığına inanmıram. Çünki o, özü KQB-də olub və onlar heç vaxt agentlərini satmırlar. Çox ehtimal ki, bizim təşkilatlar uzun müddətdir onun izinə düşüblər və nəhayət, ilişdiriblər”.

Rəsul Quliyev əlavə edib ki, indi kimlərin DTX tərəfindən “göz altına” alınması aydın məsələdir:

“Bu dəqiqə kimlərin göz altına alınması aydındır, bunun üçün xüsusi ağıl tələb olunmur. Ancaq mənim bu adları sadalamağım düzgün olmaz. Əminəm ki, onların həbs edilməsi uzun çəkməz”.

Sonda Quliyev bildirib ki, satqınlar Azərbaycan dövlətinin orden və medallarını daşımaq haqqına malik deyillər: “O ki qaldı orden və medallara – satqınlar Azərbaycan orden və medalları daşıya bilməzlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri