“Əgər müharibə başlayarsa, İran Trampa unutmayacağı bir dərs verəcək”
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Seyid Əbdülrəhim Musəvi ABŞ Prezidenti Donald Trampın İrana qarşı səsləndirdiyi hərbi əməliyyat ehtimallarına sərt reaksiya verib.
Yeniavaz.com xəbər verir ki, bazar günü keçirilən mərasimdə çıxış edən Musəvi Trampı mümkün hərbi addımlar barədə qərar verməzdən əvvəl “iki dəfə düşünməyə” çağırıb.
O, ABŞ prezidentinin son açıqlamalarını tənqid edərək bildirib ki, əgər Vaşinqton həqiqətən Tehranla danışıqlar aparmaq niyyətindədirsə, bu cür “alçaldıcı şərhlər” yolverilməzdir.
“Əgər Tramp həqiqətən müharibə istəyirsə, niyə danışıqlar məsələsini qaldırır?” – deyə iranlı general sual edib.
Musəvi əlavə edib ki, mümkün müharibə halında İran buna sərt cavab verəcək: “Əgər müharibə başlayarsa, İran Trampa unutmayacağı bir dərs verəcək”.
Qeyd edək ki, Tramp cümə günü verdiyi açıqlamada İranda rejim dəyişikliyinin “baş verə biləcək ən yaxşı şey” olduğunu bildirib.
Eyni zamanda, Reuters agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, danışıqlar uğursuz olarsa, ABŞ ordusu İrana qarşı uzunmüddətli hərbi əməliyyatlara hazırlaşır.
Bu mövzuda digər xəbərlər:Əgər İran dağılarsa...
17 Noyabr 2024 15:03
Əraqçi: Əgər Təl Əviv sahibinə itaət etməsə, İran onlara dərs verəcək
01 İyul 2026 16:03
“Əgər “müharibə olmayacaq” deyibsə, deməli, hansısa kəndi verəcək”
16 Aprel 2025 14:54
Əgər İran razılaşmasa... Tramp
13 Aprel 2026 22:23
Yeni müharibə başlayacaq, əgər...
12 Yanvar 2026 15:33
Baxış sayı:450
Bu xəbər 15 Fevral 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















