Icma.az
close
up
RU
Əgər mümkün olsaydı, nə qeyd ediləcəkdi?

Əgər mümkün olsaydı, nə qeyd ediləcəkdi?

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaxud Ermənistandakı “pasport isterikası”nın cəfəngliyi

Ermənistanda pasportuna doğulduğu yerin “Azərbay­can” göstərilməsinə etiraz edən Qarabağ erməniləri ilə bağlı isterik durum yaranıb. Daha doğrusu, onların qopar­dıqları vay-şivənə ölkənin müxalif kəsiminin təmsilçiləri də qoşulublar. Böyük ehtimalla onlar müştərək hərəkətdədir və iddia edirlər ki, pasportlara “Azərbaycan” yox, “Art­sax” yazılmalı imiş. Hərçənd diqqəti yönəltmək istədiyimiz məqam tamamilə bu deyil. Necə deyələr, “it hürər karvan keçər”. Amma…

Deməli, Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan par­lamentdə jurnalistlərin suallarını cavablandırarkən Qarabağdan köçmüş ermənilərə verilən yeni biometrik pasportlarda doğum yeri kimi “Azərbaycan Respublikası”nın göstərilməsinin səbəblərini izah edib. Nazirin açıqlamasının əsas məğzi ondan ibarət olub ki, bu qərar beynəlxalq standartlar, xüsusilə Beynəlxalq Mülki Aviasi­ya Təşkilatının (ICAO) və Beynəlxalq Standartlaşdırma Təşkilatı­nın (ISO) tələbləri nəzərə alınmaqla qəbul edilib. O deyib ki, ICAO pasportlarda doğum yerinin qeyd edilməsi üçün ölkənin, şəhərin və ya yaşayış məntəqəsinin göstərilməsinə imkan verilir. 

Ermənistan isə sərhəd-keçid məntəqələrində yarana biləcək problemlərin qarşısını almaq məqsədilə yalnız ölkənin adını göstər­mək variantını seçib. Sarkisyanın sözlərinə görə, Şuşa, Xankəndi, Ağdərə və digər yaşayış məntəqələrinin adlarını Qarabağ ermənilə­rinin istədikləri formada pasportlara yazmaq beynəlxalq standartlar baxımından mümkün deyil. Çünki ISO siyahısında coğrafi adlar beynəlxalq səviyyədə tanınmış adlandırmalarla əksini tapır, başqa dövlətlərin sərhəd xidmətləri pasportlarda beynəlxalq standartla­ra uyğun olmayan coğrafi adlarla qarşılaşdıqda çətinliklər yarada bilərlər. 

Nazir fikrini əsaslandırarkən, 2025-ci ildə Uruqvay vətəndaşla­rının pasportlarında doğum yeri məlumatının olmaması səbəbindən Almaniya və Fransa sərhədlərində problemlərlə üzləşmələrini nü­munə göstərib. Sarkisyan onu da vurğulayıb ki, doğum yeri ilə bağlı məlumatın pasportda göstərilib-göstərilməməsi və hansı formada yazılması ayrı-ayrı şəxslərin istəyindən asılı deyil, dövlətin müəy­yən etdiyi qaydalarla tənzimlənir.

Burada mühüm məqam Ermənistan hakimiyyətinin beynəlxalq standartlarla bağlı izahının mübahisəli xarakteridir. Məsələ ondadır ki, ICAO-nun 9303 saylı sənədi pasportda doğum yerinin mütləq göstərilməsini tələb etmir. Həmin standart doğum yerinin şəhər, qəsəbə və ya ölkə formasında qeyd edilməsinə imkan verir. 

Habelə doğum yerinin məhz ölkə kimi göstərilməsinin məcbu­riliyi beynəlxalq standartlardan deyil, Ermənistanın 11 may 2026-cı il tarixdə qəbul etdiyi yeni “Şəxsiyyəti təsdiq edən sənədlər haqqın­da” qanundan irəli gəlir. Əvvəlki qanunvericilikdə şəxsin istəyinə əsasən doğulduğu şəhərin və ya kəndin göstərilməsi mümkün idi. 

Sarkisyan onu da bildirib ki, Qarabağdan köçmüş təxminən 50 min erməni Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib və vətəndaşlıq əldə edib. O, köçkünlüyün özlüyündə Ermənistan vətən­daşlığı yaratmadığını, vətəndaşlıq almayan şəxslərin isə dövlətin müvəqqəti müdafiəsi altında olduğunu xatırladıb. 

Belə nəticəyə gəlmək olar ki, nazir Sarkisyanın beynəlxalq stan­dartlara istinadı, müəyyən mənada, yanlış istiqamətləndirici izahdır. Yəni başlıca məqam Ermənistan hakimiyyətinin özünün iradəsidir, beynəlxalq standartın tələbi yox. O iradə ki, haqqında söz açdığımız 11 may 2026-cı il tarixli qanunda öz əksini tapıb. Görəsən, belə bir qanunun qəbuluna, daha doğrusu, qanunun tələbi kimi şəxsiyyət və­siqələrində doğum yerinin sırf ölkə kimi göstərilməsi mütləqliyinə nə ehtiyac var idi? Ümumiyyətlə, belə bir dəyişikliyə ehtiyac var idimi? 

Əlbəttə, Ermənistanın daxili işlərinə qarışmaq kimi niyyətimiz yoxdur. Üstəlik, ölkəmizin biometrik şəxsiyyət vəsiqələrində də vətəndaşın doğulduğu yer adı kimi yalnız “Azərbaycan” qeydi var. Amma Ermənistandakı hazırkı müzakirələrə diqqət yetirəndə, istər-istəməz, düşünürsən. Məsələn, düşünürsən ki, Ermənistanın yeni biometrik şəxsiyyət vəsiqələrində və pasportda doğum yeri kimi yalnız ölkənin adının göstərilməsi, yəni eyni zamanda, qəsəbə, kənd və şəhər adlarının yer almaması məqsədli xarakter daşıyıb. 

İş ondadır ki, hay hökuməti, hər bir halda, Qarabağ ermənilə­rinə sənəd verməli idi. Əgər əvvəlki qayda ilə gedilsəydi, onların doğum yeri qismində məsələn, “Azərbaycan, Xankəndi”, yaxud “Azərbaycan, Ağdərə” göstəriləcəkdi. Daha doğrusu, göstərilmə­li idi. Bir halda ki, nazir Sarkisyan arqument olaraq onların do­ğulduqları Şuşa, Xankəndi, Ağdərə kimi yaşayış məntəqələrinin qondarma adlarının pasportlara daxil edilməsinin mümkünsüzlü­yünü vurğulayır, mahiyyət məhz belədir. Ortaya isə nəticə çıxır: “Artsax” yoxdursa, pasportlarda “Azərbaycan, Xankəndi”, yaxud “Azərbaycan, Ağdərə” də olmamalıdır. Üstəlik, doğum yeri kimi, “Ermənistan, Gümrü” və ya “Ermənistan, Razdan” da yığışdırıl­malıdır. 

Sonda bir məqamın üzərində dayanmağı vacib sayırıq. Söhbət sırf Ermənistanın daxili işlər naziri Arpine Sarkisyanın diqqətə çatdırdığımız əsaslandırmasından gedir. Məsələ ondadır ki, ölkədə yalnız Baş nazir Nikol Paşinyanın reallığı vurğuladığının şahidiyik. Yəni sanki Ermənistanda Qarabağ avantürasına qarşı çıxan yalnız odur. Digər məmurlar isə, necə deyərlər, əllərini daşın altına qoy­maq istəmirlər. 

Tutalım A.Sarkisyan açıq şəkildə deyə bilərdi ki, Qarabağ ermə­nilərinin təfərrüatlarını vurğuladığımız etirazları, o cümlədən onları ortaya atanların dilə gətirdikləri fikirlər özündə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd mahiyyəti daşıyır. Yəni nazir sırf bu məqamı qabardıb etirazçı başıpozuqların qabağına çıxma­lı idi. Amma bunu etmədi. Ən böyük sual isə budur: məntəqələ­rin adlarını Qarabağ ermənilərinin istədikləri formada pasportlara yazmaq beynəlxalq standartlar baxımından mümkün olsaydı, qeyd ediləcəkdi? 

Əvəz RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri