Bakı və Abşeronda kanalizasiya problemi nə vaxt həll olunacaq? Rəsmi açıqlama
Icma.az bildirir, Bizim media portalına istinadən.
Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və kanalizasiya-infrastrukturunun müasirləşdirilməsi məqsədilə həyata keçirilən mühüm layihələrdən biri olan Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi layihəsi çərçivəsində işləri davam etdirir.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində İri Şəhərlərin Su Təchizatından məlumat verilib.
Bildirilib ki, layihə Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir:
“Ümumi uzunluğu 18.9 kilometr olan Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun 15.2 kilometr hissəsi mikrotunel tipli, 3.7 kilometr hissəsi isə kanalizasiya kollektorudur. Dimetri 1200 mm olan kollektorun tikintisinin 32 faiz tikintisinin həyata keçirilib. İşlər hazırda plana uyğun davam etdirilir. Bundan əlavə inşa olunacaq 22 şaxtanın 11-də işlər aparılır”.
Qeyd edilib ki, layihə çərçivəsində Xırdalan şəhərinin Heydər Əliyev, Həsən Əliyev, Rəşid Behbudov kücələrində diametri 1600-1400-1200- mm, uzunluğu 3296 metr olan kanalizasiya xəttinin tikintisi işləri aparılır:
“Layihə Xırdalan şəhərində, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularının idarə edilməsinə, həmçinin Ceyranbatan Su Anbarının ətrafında formalaşan qrunt sularının tənzimlənməsinə və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək. Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçilir, əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır”.
Məlumatda layihənin icrasına 2025-ci ildə başlanıldığı və 2028-ci ildə tamamlanmasının nəzərdə tutulduğu, işlərin mərhələli şəkildə aparıldığı, inşaat zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarına ciddi əməl olunduğu vurğulanıb.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 27 Noyabr 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















