Icma.az
close
up
RU
Əgər Suriya müxalifəti bu şəhər və bölgələrə nəzarəti ələ keçirə bilsə, Əsəd rejiminin... ŞƏRH

Əgər Suriya müxalifəti bu şəhər və bölgələrə nəzarəti ələ keçirə bilsə, Əsəd rejiminin... ŞƏRH

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyada yaşanan son proseslər hazırda dünya gündəminin əsas müzakirə obyektidir. 

Bununla bağlı Sfera.az-a açıqlama verən analitik Vüqar Zifəroğlu deyib ki, Yaxın Şərqdə heç bir hadisə təsadüf olmur. O xatırladıb ki, Suriyadakı aktivlik məhz İsrailin Livanla əldə etdiyi razılaşmadan bir gün sonra baş verib:

“Qəzzada HƏMAS, Livanda “Hizbullah”la bağlı əməliyyatlardan sonra İsrailin Suriyada şiə milis dəstələri, İraqda Haşdi-Şəabi, Yəməndə isə Ənsurallah üzərində təzyiqlərini artıracağını ehtimal etmək olardı. Suriyada Heyəti Təhrir əş-Şamın (HTŞ) aktivliyini və Hələb istiqamətində hücumunu artıq prosesin ardı kimi dəyərləndirmək mümkündür. Burada xüsusi incə bir məqam, ABŞ-nin HTŞ-ni terror təşkilatı kimi tanımasına rəğmən proseslərə həm də izləyici mövqedən yanaşması və sadəcə diplomatik tonda, həm də bəzi hallarda ziddiyətli açıqlamalar verməsi, İsrailin isə ümumiyyətlə, səssiz qalmasıdır. Suriyadakı münaqişə və xüsusilə HTŞ qruplaşmasının fəaliyyəti beynəlxalq güclərin mövqeyini və strateji maraqlarını ciddi şəkildə müəyyənləşdirir. ABŞ, Rusiya, Türkiyə və İran bu proseslərdə fərqli məqsədlərə və yanaşmalara malikdir. Hər bir ölkənin mövqeyi onların regional siyasətlərindən və təhlükəsizlik prioritetlərindən qaynaqlanır”.

Analitik bildirdi ki, hazırda qarşıda Həma və Homs şəhərləri uğrunda əsas taleyüklü döyüşlərdən biri gözlənilir:

“Eyni zamanda müxalif qüvvələr PKK terror birləşmələrinin əsas dayaq nöqtəsi olan Tel-Rifat istiqamətində hücumlarını davam etdirirlər və mərkəzə nəzarət etdikləri ilə bağlı vizual təsdiqlər var. Əgər Suriya müxalifəti bu şəhər və bölgələrə nəzarəti ələ keçirə bilsə, bu, ilk növbədə ciddi strateji qələbə olacaq. Əsəd rejiminin Aralıq dənizi ilə əlaqəsi kəsiləcək və strateji M5 magistral yolu ilə şimala çıxışdan məhrum olacaq. Rusiyanın Aralıq dənizindəki hərbi bazaları faktiki olaraq bloklanacaq, çətin vəziyyətə düşəcək və Əsəd rejiminə ciddi dəstək verə bilməyəcək. Həmçinin İranın etibarlı nümayəndələri Suriyanın mərkəzində üstünlüklərdən və strateji dərinlikdən məhrum olacaq. Türkiyə üçün isə yalnız Türkiyə-Suriya sərhədində bölücü terror qüvvələrini məğlub etmək deyil, həm də ABŞ ilə birlikdə Suriyanın taleyini həll edəcək əsas siyasi müəllifə çevrilmək üçün unikal imkan yaranacaq. Bu 4 məqamın hər biri ayrı-ayrılıqda ciddi əhəmiyyətə malikdir və tam yeni bir mənzərə yaratmış olur. Faktiki olaraq hazırda HTŞ-nin hücumları yalnız Suriya daxilində deyil, həm də bölgədə daha geniş geosiyasi nəticələrə səbəb olur”.

V.Zifəroğlunun sözlərinə görə, burada Türkiyənin əsas hədəfləri sırasında ilk yerdə Suriya ilə sərhədlərində sabitliyi qorumaqdır:

“Xüsusilə YPG/PYD və PKK təhlükəsini aradan qaldırmaq məqsədilə hərbi əməliyyatlar həyata keçirir. Şimali Suriyada təhlükəsiz zona yaratmaq planları, Türkiyəni həm kürd qruplaşmalarından qorumağa, həm də qaçqınların geri qaytarılmasına yönəlib. İkinci hədəf qaçqın böhranının həllidir. Türkiyə hazırda ölkəsindəki təxminən 3,6 milyon suriyalı qaçqını öz sərhədləri daxilində təhlükəsiz zonalara köçürmək istəyir. Bu məqsəd, həm daxili sosial-siyasi təzyiqləri azaltmağa, həm də bölgədəki təsirini gücləndirməyə xidmət edir. Üçüncü hədəf isə təbii ki, İdlibə nəzarəti qorumaqla bağlıdır. Türkiyə, İdlibdəki HTŞ və digər qruplaşmaların fəaliyyətini birbaşa dəstəkləməsə də, bu bölgədə öz təsirini qorumağa çalışır. Bu həm Suriya rejiminin hücumlarını məhdudlaşdırmaq, həm də qaçqın axınının qarşısını almaq məqsədi daşıyır. Bu mənada Türkiyə strateji məqsədlər olaraq Rusiya ilə balansı saxlamağa çalışır, eyni zamanda bölücü terror qruplaşmalarına dəstək verdikləri üçün Vaşinqtonla fikir ayrılığı olsa da, Qərb ittifaqını tam itirmək istəmir”.

Günay 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 Dekabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri