Icma.az
close
up
RU
Menu

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

Əhali artımı niyə aşağı düşüb?

Əhali artımı niyə aşağı düşüb?

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Problem ildən-ilə mürəkkəbləşir

Əhalinin təbii artımına təsir göstərən amillərdən biri də kişi və qadınlar arasındakı münasibətlərə əsaslanan nikah və boşanmalardır. Nikahların sayının çox olması və onun uzun müddət davam etməsi doğuma müsbət təsir göstərir. Ailəllərin dağılması isə əhalinin azalmasına gətirib çıxarır. Demoqrafiya məsələləri üzrə mütəxəssis, coğrafiya elmləri doktoru, professor Zakir Eminov ölkəmizdəki bu duruma aydınlıq gətirirdi:

– Nikaha daxil olmanın minimum yaşı qanunla müəyyən edilir. Dünyada şərti olaraq minumum hədd 15 yaş götürülür. Lakin ayrı-ayrı ölkələrdə qanunlar fərqlənir. Dünyanın sosial-iqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələrində nikaha daxil olmağa 18 yaşından icazə verilir. Amma islam dininin yayıldığı ölkələrin çoxunda erkən yaşda olan nikahlar geniş yayılıb. Azərbaycanda da kişi və qadınlar üçün ailə qurmağın aşağı həddi 18 yaşdır. Lakin müstəsna hallarda evlənənlərin ailə vəziyyəti və tərəflərin razılığı ilə yaş aşağı olduqda da nikah bağlamağa icazə verilir. Hazırda Azərbaycanda bağlanan nikahların sayı azalır, boşanmalar isə artır.

– Şübhəsiz, bu ciddi demoqrafik problemdir. Səbəb nədir?

– Ölkə qanunlarına görə, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə-nikah münasibətlərinin inkişafı isə çoxsaylı məlumatlarla bağlıdır. Onlara nikah və boşanmaların sayı və nisbi göstəriciləri, ailələrinin sayının artımı və əhalinin ümumi sayında baş verən dəyişikliklər aiddir. Nikahların sayı daim dəyişir. Müstəqillik dövründə ən çox nikah 2013-cü ildə qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, həmin il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 86 min 852 nikah bağlanıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,3 olub.

Sonrakı illərdə azalma müşayiət olunub. Məsələn, 2015-ci il ərzində ölkədə 68 min 773, 2021-ci ildə 56 min 314 nikah bağlanıb. 2022-ci illə müqayisədə 2023-cü ildə nikahların sayında 7 min 739 azalma olub. Belə ki, 2023-cü ildə 54 min 200 nikah qeydə alınıb. Rəqəmlər ciddi problemlərdən xəbər verir. Vəziyyət bu il də dəyişməyib. 2024-cü ilin yanvar–avqust ayları ərzində 30 min 788 nikah qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5-dən 4,5-ə düşüb. Rəqəmlərə fikir verin: 2013-cü ildə 87 minə yaxın nikah bağlandığı halda, 2023-cü ildə bu rəqəm 54 minə düşüb.

Buna müvafiq olaraq doğulan uşaqların sayı da azalır. Məsələn, 2015-ci ildə 166 min 210, 2022-ci ildə 122 min 846, 2023-cü ildə 112 min 620 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci illə müqayisədə azalaraq 12,2-dən 11,1-ə düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz təşkil edib. Oğlan-qız nisbətində balansın pozulması isə, əsasən, selektiv abortla bağlıdır. Bu, demoqrafik problem yaradır. Kişi və qadınların sayında olan uyğunsuzluqlar, onlardan birinin az olması nikahların da sayının azalmasına səbəb olur.

Demoqrafik problemlərin digər səbəbi isə boşanmaların sayının artmasıdır. Ölkədəki iqtisadi-sosial çətinliklər də ailələrdə doğulan uşaqların sayının azalmasına gətirib çıxarır. Gənclər arasında işsizliyin sayının artması, təhsillə bağlı gec evlənmələr, bəzi ailələrin çoxuşaqlı ailə modelindən bir və ya iki uşaqlı ailə modelinə keçməsi, gənclərin daha çox xarici ölkələrə meyl etməsi, evlilik məsuliyyətindən çəkinməkləri və s. nikahın balanmasına və demoqrafik artımın zəif olmasına təsir edior.

– Boşanmalar nədən yaranır. Qarşısını necə almaq var?

– Boşanma əhalinin təbii artımına ciddi təsir göstərir. Ona görə ki, bu, adətən, ailə qurmanın ilkin dövrlərində baş verir. Artıq 2011-ci ildən başlayaraq, ölkədə boşanmaların illik sayı 10 mini keçib. Hər 1000 nəfərə görə boşanma əmsalı 1,2, o cümlədən şəhərlərdə 1,7-yə yüksəlib. Bu proses sonrakı illərdə də davam edib. 2013-cü ildə Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 11 min 730 (boşanma əmsalı 1,3), 2015-ci ildə 12 min 764 (1,3), 2021-ci ilfdə 17 min 191 boşanma (1,7) qeydə alınıb. 2023-cü ildə isə 21 min 688 boşanma qeydə alıb. 2022 ci illə müqayisədə 2023 cü ildə boşanmaların sayında 5 min 705 artm var. Bu ilin yanvar–avqust ayları ərzində isə 14 min 248 belə hal qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 2,2-dən 2,1-ə düşüb.

Ailələrin dağılmasının 73 faizə qədəri şəhər əhalisinin payına düşür. Şəhərlərdə boşanmaların çoxalmasına səbəb qadınların təhsil və məşğulluq səviyyəsinin yüksək olması, müstəqilliyinin artması, iş yerləri ilə təminatın yüksəkliyi, gəlirlərin nisbətən yüksək olması, özünütəminatın asanlığı, ailələrdə uşaqların sayının az olması və s. amillərdir. Bu onu göstərir ki, şəhərlərdə qadınların təsərrüfat sahələrində məşğulluğu getdikcə artır. Məşğulluq səviyyəsinin artması ailənin dağılması ilə yanaşı, digər mənfi proseslərin güclənməsinə də səbəb olur. Onların nikaha daxil olması yaşı artır, heç vaxt nikahda olmayanların sayı çoxalır. Göründüyü kimi, insanlar mədəni psixoloji dəyişiklər nəticəsində ailə institutuna əvvəlki kimi yanaşmırlar. Bu da ailələrdə uşaqların sayının kəskin azalması ilə özünü göstərir. Kəndlərdə isə vəziyyət bir qədər fərqlidir. Hələ də milli adət-ənənələr, dini amillər və valideynlərin ailələrə təsiri var. Bunlar kəndlərdə şəhərlərə nisbətən ailə təməlinin möhkəm olduğunu göstərir.

Bir məsələyə də toxunmaq istərdik. Boşanan qadınların əksəriyyətinin maddi vəziyyəti ölkənin demoqrafik inkişafında problemə çevrilib. Bu amil əhalinin təbii artımına da mənfi təsir göstərir. Ona görə də ciddi tədbirlərin görülməsi, təbliğat-təşviqat işlərinin aparılması, gənc ailələrə kömək göstərilməsi, onlara maddi yardımın edilməsi vacibdir.

– Nikah sahəsində məhdudiyyətlər qanundankənar, qeydiyyata alınmayan nikahların sayını artırır. Bu isə qeyri-qanuni, nikahdan kənar doğulan uşaqların sayının artmasına gətirib çıxarır. Azərbaycanda bununla bağlı vəziyyət necədir?

– Son illərdə kişi və qadının ümumi razılığı əsasında birgə yaşaması geniş yayılıb və bu proses vətəndaş nikahı adlanır. Lakin gizli nikahların dəqiq sayını müəyyən etmək olduqca çətindir. Çünki belə nikahlar dövlət qurumları tərəfindən qeydə alınmır. Amma onun kifayət qədər yüksək olduğu bildirilir. Bu göstəricinin ölkəmizdə yüksək səviyyəsi qızların erkən yaşda, yəni qanunda göstərilən minimum həddən aşağı yaşlarda ailə qurması və onların nikahının qeydə alınmaması ilə bağlıdır.

Ailələrin təhsil səviyyəsi bu amilə təsir edir. Belə ki, ailədə təhsil səviyyəsi aşağıdırsa, uşaqların gələcəklə bağlı sağlam planları və hədəfləri yoxdursa, bu halda onlar erkən nikahlara sövq edilirlər. Belə ailələrdə erkən nikahlar normal sayılır, evlilik daha prioritet hesab olunur. Təəssüf ki, bellə hallar normal qarşılanır. Təhsil, elm və inkişaf kimi vacib hədəfləri olmayan uşaqlar isə, heç şübhəsiz, erkən nikahlara meylli olurlar.

Bəzən də erkən nikahlara səbəb ailədaxili şiddətdir. Problemləri olan gənclər bu yolla azad olaraq, gələcəklərini özlərinin quracağını düşünürlər. İkinci dəfə ailə həyatı quranlar isə vətəndaş nikahına üstünlük verirlər. Bu amillər doğulan uşaqların nikahdan kənar qeydə alınmasına şərait yaradır və nikahdan kənar hesab edilir. Ölkədə hələ də qeydə alınmamış nikahdan doğulan uşaqların sayı azalsa da, yüksək olaraq qalır. Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2015-ci ildə 24 min 38, 2020-ci ildə 17 min 714, 2021-ci ildə 17 min 566, 2022-ci ildə 18 min 814 nəfər olub. 2023-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 15 622 nəfər olub. Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb.

– Vətəndaş nikahında olan qadınlar boşanarkən nə kimi problemlərlə qarşılaşırlar?

– Bu niksah ər-arvad arasında rəsmi hüquq və vəzifələri müəyyən etmir. Rəsmi nikahları olmayan qadınlar ayrılan zaman əmlak hüquqlarına malik olmurlar. Başqa bir məsələ isə uşağın sənədləşməsidir. Vətəndaş nikahından doğulan uşaqları bəzən ata qəbul eləmir, aliment ödəməkdən imtina edir və yaxud hər hansı məsuliyyətdən qaçmağa çalışır. Bu, uşağa sənəd almağa da mane olur. Həmin uşaqlar vərəsəlik hüququndan da məhrum olurlar.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Noyabr 2024 02:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see268

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see237

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see213

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see185

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see185

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see181

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see181

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see178

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see177

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see177

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see171

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see169

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see168

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see167

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see165

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see159

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see157

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see156

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see147

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri