Icma.az
close
up
RU
Əhali “Azərbaycan Sənaye Bankı”ndan 17 milyon manat PULUNU GERİ GÖTÜRÜB

Əhali “Azərbaycan Sənaye Bankı”ndan 17 milyon manat PULUNU GERİ GÖTÜRÜB

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

“Azərbaycan Sənaye Bankı” (ASB) 2024-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, ötən il ASB-nin xalis mənfəəti 2023-cü illə müqayisədə 26% və ya 1 milyon 330 min manat artaraq 6 milyon 449.5 min manat təşkil edib. 2023-cü ildə bank 5 milyon 119 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 8.6% artaraq 36 milyon 44 min manat, faiz xərcləri isə 6.8% artaraq 28 milyon 256 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 15 milyon 766 min manat ( illik müqayisədə 28% çox ), qeyri-faiz xərcləri isə 25 milyon 832 min manata ( illik müqayisədə 16.6% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 7 milyon 721 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 23.6% çoxdur.

Ötən il bankın aktivləri 4% və ya 30 milyon manat artaraq 779 milyon 249 min manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 15.5% və ya 39.7 milyon manat artaraq 296 milyon 177 min manata çatıb.

Bu dövrdə “Azərbaycan Sənaye Bankı”nın cəmi öhdəlikləri 658 milyon 375 min manat təşkil edib ki, bu da illik müqayisədə 3.7% və ya 23.5 milyon manat çoxdur. Hesabat dövründə bankın depozit portfeli də 1.6% və ya 7.3 milyon manat artaraq 465 milyon 909 min manata yüksəlib. Fiziki şəxslərin depozitləri əvvəlki illə müqayisədə 5.5% və ya 17.1 milyon manat azalaraq 293 milyon 36 min manat, hüquqi şəxslərin depozitləri isə 16.4% və ya 24.4 milyon manat artaraq 172 milyon 873 min manat təşkil edib.

2025-ci il yanvar ayının 1-nə ASB-nin cəmi kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.7% və ya 6 milyon 554 min manat artaraq 120 milyon 874 min manat təşkil edib. (Apa)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Yanvar 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see248

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see232

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see227

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see203

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see186

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see170

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see157

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see150

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see146

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see146

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see140

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see139

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see138

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see137

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see137

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see136

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see131

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see130

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri