Icma.az
close
up
RU
Əhali pulunu yastıq altı ndan çıxarıb

Əhali pulunu yastıq altı ndan çıxarıb

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"Əhalinin banklardakı əmanətləri sürətlə artır. 

Avqustun 1-nə əhalinin banklardakı əmanətləri son bir ildə 15,8% artaraq 17,9 milyard manata çatıb. Bu artımın 3 əsas səbəbi ola bilər". 

"Cebheinfo.az" xəbə verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O, səbəbləri sadalayıb: 

"Birincisi, gəlirlərin artması, ikincisi, banklara inamın yüksəlməsi və yüksək depozit faizləri, üçüncüsü isə vəsaitlərin yatırılması üçün alternativ imkanların məhdudluğudur.

Dövlət Statistka Komitəsinin  məlumatına görə, 2026-cı ilin ilk 7 ayında əhalinin nominal gəlirləri 9,8% artıb. Deməli, əmanətlərin 15,8% artmasını yalnız əhali gəlirlərinin artması ilə izah etmək olmaz. Görünür, banklara inam, yüksək depozit faizləri və alternativ yatırım imkanlarının məhdudluğu daha böyük rol oynayır.

Digər maraqlı göstərici maliyyə təşkilatlarının depozitlərinin 41,8% artaraq 4,36 milyard manata çatmasıdır". Bunun da 3 əsas səbəbi ola bilər: 

"Birincisi, maliyyə təşkilatlarının sərbəst vəsaitlərinin artması, ikincisi, büdcə vəsaitlərinin xərclənənədək müvəqqəti olaraq bank depozitlərində yerləşdirilməsi, üçüncüsü isə maliyyə təşkilatlarının sərbəst vəsaitlərini digər istiqamətlərə yönəltmək əvəzinə daha çox banklarda saxlamasıdır.

Eyni zamanda, qeyri-maliyyə təşkilatlarının depozitləri 4,3% azalıb. Nəzəri baxımdan bunun bir neçə səbəbi ola bilər. Bu səbəblərə şirkətlərin cari və əməliyyat xərclərinin artması, dövriyyə kapitalına daha çox vəsait yönəltməsi, vergi və digər ödənişlərin həcminin artması, eləcə də idxal və digər xarici ödənişlər üçün vəsaitlərin bank hesablarından çıxması aid edilə bilər. Konkret səbəbləri müəyyən etmək üçün isə depozitlərin azalmasının sahələr və şirkətlər üzrə strukturuna baxmaq lazımdır.

Əmanətlərin artması bank sisteminə etimadın və maliyyə sabitliyinin güclənməsi baxımından müsbət göstəricidir, eyni zamanda bankların kredit vermək üçün resurs bazasını genişləndirir. 

Digər tərəfdən, əhalinin vəsaitlərinin getdikcə daha çox depozitlərdə cəmlənməsi alternativ investisiya alətlərinin yetərincə inkişaf etmədiyinin və sərbəst vəsaitlərin real iqtisadiyyata birbaşa yönəldilməsi imkanlarının məhdudluğunun da göstəricisi ola bilər". 

"Cebheinfo.az"

Açar sözlər: Əhali pulu Eldəniz Əmirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Avqust 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri