Icma.az
close
up
RU
Əhali yerin altına axın edir RƏY

Əhali yerin altına axın edir RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

1 manatlıq taksilərin sıfıra salınmasından sonra əhalinin üz tutacağı bir yer qalıb 


57 yaşlı metronun isə problemləri çoxdur, təmir-tikinti xərcləri artırılmalıdır


Yerin üstü daraldıqca, imkanlar azaldıqca, yerin altı daha çox yüklənir. Bəli, söhbət metrodan gedir. Sirr deyil ki, hazırda ictimai nəqliyyatın əsas ağırlığı – bəlkə, 70-80 faizi metropolitenin üzərindədir. Bunu nəinki “ças-pik” vaxtlarında, günün istənilən saatında müşahidə etmək olur artıq. Metroda nisbətən, azacıq seyrəklik, bəlkə, 10:30-11:30 arası, bir də əl-ayaq yığılandan sonra – 22:00-dan 00:00-dək ola, ya olmayadı. O da baxır təqvimə, günə. Əgər bayram günləridirsə, seyrəklik gözləməyinə dəyməz. Eləcə də, həftənin iş günlərində metroda seyrəkliyə ümid etmək səhrada su axtarmaq kimidir. Bu da onu göstərir ki, əhali metrodan daha çox istifadə edir, dediyimiz kimi, yerin üstündə ictimai nəqliyyat avtobus zolaqlarının çəkilməsinə rəğmən təxminən əvvəlki axsaq qrafiklə işlədiyinə görə. Yerüstü ictimai nəqliyyatı normal hala sala biləcəyinə inam nümayiş etdirən və  bizləri də buna inandırmağa çalışan qurumlar bir gerçəyi israrla qəbul etmək istəmir: paytaxtın yol infrastrukturu yerüstü ictimai nəqliyyatın normal işləməsi üçün uyğun gəlmir. Geniş, bir neçə zolaqlı yollarımız çox azdır. Olanlar da idarə, şirkətlərin yol kənarında park edilən avtomobilləri, binaaltı ofislər, marketlər, kafe-restoranlar, iaşə, xidmət obyektləri tərəfindən zəbt edilir. Baxın, COP29 günlərində Mehdi Hüseyn küçəsi ilə üzüaşağı, Şeyx Şamil küçəsi ilə İçərişəhər metrostansiyasına aparan yolun bir zolağı avtobuslara  ayrılmışdı. Amma bu yol bineyi-qədimdən dar olduğundan avtobus zolağa daxil ola bilmirdi. Tıxac səbəbindən hərəkət edə bilməyən avtomobillərin irəli keçməsini gözləməli olurdular. İndi də belədir. Avtobus döngəni dönüb zolağa daxil ola bilmir. İşıqforun qırmızıdan yaşıla keçməsini gözləyir ki, avtomobillər hərəkətə gəlsin, yol açılsın, sonra avtobus da irəli hərəkət edə bilsin. Bu, yalnız bir nümunədir. Şəhərin avtoyollarında belə nümunələr “n” qədərdir. Yəni istəsək də, infrastruktur müasir tələblərə cavab vermədiyindən ictimai nəqliyyatı normal hala gətirmək çox  çətindir. Hə, bir də taksi xidmətinin azalması amili də var. 1 manatlıq taksilərin sıfıra salınması da yerüstü ictimai nəqliyyatda sıxlığı bir qədər də artırıb. Bütün bunları gözə alan əhali yerin altına – metroya düşməyi daha məqbul hesab edir. Beləliklə, yeraltı nəqliyyat yüklənir. Və təəssüf ki, bəzən ciddi problemlər də yaranır. Və bu, sərnişinlərin narahatlığına və hətta həyəcanına səbəb olur, metroya inamı da azaldır. Bu günlərdə metronun işində əməlli-başlı axsama yarandı. Axşam saatlarında "yaşıl xətt" üzrə "Əhmədli" - "Dərnəgül" marşrutu ilə hərəkət edən qatar "28 May" stansiyasında olarkən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib. Bu səbəbdən "28 May" stansiyasında sərnişinlər düşürülüb və qatar nasazlıq ehtimalı ilə xətdən çıxarılıb. Daha sonra "28 May" və "Elmlər Akademiyası" stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib. Qısamüddətli məhdudiyyətlər də tətbiq olunub. Əsas hədəf platforma səviyyəsinin ifrat dərəcədə yüklənməsinin qarşısının alınması olub. Nəticədə metrostansiyanın girişində, platformalarda hədsiz sıxlıq yaşanıb. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov baş vermiş hadisə ilə bağlı açıqlamasında bildirib ki, Bakı metrosunda qatardakı texniki nasazlıqla əlaqədar komissiyanın xüsusi araşdırma iclası olacaq. O qeyd edib ki, mövcud vəziyyətin aidiyyəti şöbələrin rəhbərliyi ilə müvafiq araşdırılması aparılacaq. B.Məmmədov xatırladıb ki, metroda sıxlığın tənzimlənməsi bir saat davam edib: "Qatarın nasazlığı 18:20-də, yəni sərnişinlərin ən sıx vaxtında müşahidə olunub. "28 May" həmin vaxt Bakı metrosunun ən sıx stansiyalarından biri olur. Bu zaman sərnişinlərin düşürülməsi səkkiz dəqiqəyə yaxın vaxt aparıb".


Nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, komissiyanın araşdırma apararaq yekun nəticəyə gəlməsini gözləmək lazımdır: 

seeBaxış sayı:167
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Dekabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri