Icma.az
close
up
RU
Axşam telefonla oynayırdım deyə atam məni döydü

Axşam telefonla oynayırdım deyə atam məni döydü

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Sabunçu rayonunda ata qızına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 15-də rayonunun Zabrat 2 qəsəbəsi, Yeni məhəllə, nömrəsiz ünvanda baş verib. 
Tovuz rayon sakini, 1985-ci il təvəllüdlü İsrafil həmin gün gecə saat 1 radələrində qızı Ədilə (adlar şərtidir – red.) ilə birlikdə yaşadıqları evdə olan zaman aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı qəsdən sağ əli ilə üz nahiyəsinə bir dəfə şillə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
İş üzrə ifadə verən İsrafilin sözlərinə görə, yanvarın 14-də, təxminən saat 19 radələrində yaşadığı ünvana gəlib: “Evdə yemək yeyib, biraz vaxt keçirdikdən sonra yanvarın 15-də, gecə saat 1 radələrində qızım Ədilənin hələdə yatmadığını və qonaq otağında oturaraq telefonla oynadığını gördüm. Bunun ardından qızıma yatmasını bildirdim. Lakin o, sözlərimə əhəmiyyət verməyərək telefonla oynadığını gördüm. Ədilənin üz nahiyəsindən bir dəfə əl ilə zərbə endirdim. Əməlimdən peşmanam, həbs olunmağımı istəyirəm. Əks təqdirdə özümə qəsd edəcəm”.
Zərərçəkmiş Ədilənin ifadəsinə görə, atası İsrafil gecə saat 1 radələrində anidən onun qonaq otağında telefonla oynadığını görüb və onunla kobud formada danışmağa başlayıb: “Bunun ardından atam qışqıraraq otağıma keçərək yatmağımı tələb etdi. Mən də atamın deməsinə uyğun telefonu söndürdüm və öz otağıma keçərkən atam üzərimə gəldi, bir dəfə əl ilə üz nahiyəmdən zərbə endirdi”. 
Zərərçəkmiş ifadəsində həmçinin atasından şikayətçi olduğunu deyib. O bildirib ki, məlum hadisədən sonra yenə anasını və onu döyüb, şikayəti geri götürməsini tələb edib. Qız anasının döyülməsi ilə bağlı şəkilləri məhkəməyə təqdim edib, polislər gələrək atasını evdən aparıblar, həyatları təhlükədədir.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə İsrafil 5 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 18 fevral 2026-cı il tarixdən hesablanması qərara alınıb. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 İyun 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri