Əhalinin ərzaq məhsullarına xərclədiyi vəsait azalıb
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində əhalinin bir nəfəri orta hesabla ayda 549 manat 20 qəpik xərcləyib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xərclənən vəsaitin 54,1%-i və ya 297 manat 20 qəpiyi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 45,9%-i və ya 252 manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Müqayisə üçün qeyd edək ki, ötən il pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 550 manat 20 qəpik xərcləyib və bu vəsaitin 300 manat 30 qəpiyi ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 249 manat 90 qəpiyi isə qeyri-ərzaq mallarının alınmasına sərf edilib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, ötən illə müqayisədə bu il əhalinin pərakəndə ticarət şəbəkələrində ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərclədiyi vəsait azalıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Əhalinin gəlirlərinin yarısı ərzaq məhsullarına xərclənir
11 Dekabr 2025 16:14
Əhalinin restoranlara xərclədiyi pul açıqlandı
15 May 2025 14:20
Əhalinin xərclədiyi pulun məbləği açıqlandı
12 Mart 2025 14:34
Əhalinin avtomobil benzininə xərclədiyi məbləğ açıqlanıb
15 May 2026 18:55
Əhalinin şəkər istehlakı azalıb
23 İyun 2025 12:57
Baxış sayı:94
Bu xəbər 13 Oktyabr 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















