Icma.az
close
up
RU
Əhalinin restoranlara xərclədiyi pul artıb ŞOK RƏQƏM

Əhalinin restoranlara xərclədiyi pul artıb ŞOK RƏQƏM

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Əkrəm Həsənov: "2 milyard manata yaxın vəsait bizim ölkə üçün elə də çox vəsait deyil"


  Bu ilin 10 ayı ərzində əhali tərəfindən restoranlarda 2 milyard manata yaxın pul xərclənib. Rəsmi məlumata əsasən, 2024-cü ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1 faiz artaraq 1 milyard 877 milyon manat olub. Bakupost.az rəsmi məlumatlara istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 faizi hüquqi şəxslərin, 48,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 12,9 faiz artaraq 953,0 milyon manata çatıb. Dövlət müəssisələrində ictimai iaşə dövriyyəsinin həcmi 17 milyon 67 min manat, özəl müəssisələrin ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 859 min 946 min manat təşkil edib. İcitmai iaşə dövriyyəsinin 2 milyarda yaxınlaşması nədən xəbər verir? İnsanlarımız restoranlara həqiqətənmi bu qədər pul xərcləyir? 


  İqtisadçı Əkrəm Həsənov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, 10 ayda 2 milyarda yaxın pul xərclənməsi 10 milyondan çox əhalisi olan ölkə üçün elə də böyük rəqəm deyil:


- 10 ayda 10 milyonluq əhalinin ictimai iaşə obyektlərinə 2 milyard pul xərclədiyini aylara bölsək, bir nəfərə 200 manat, hər aya isə 20 manat düşür. Məncə, bu, böyük rəqəm hesab edilməz.  Avropa ölkələrində ictimai iaşə obyektlərində bundan qat-qat çox pul xərclənir.  Bəzən hətta deyirlər, insanların aylıq büdcəsinin yarısı restoranlara sərf olunur. Yəni 2 milyard manata yaxın vəsait bizim ölkə üçün elə də çox vəsait deyil. İctimai iaşə deyildikdə təkcə restoranlar nəzərdə tutulmamalıdır. Kafelər, xəngəlxana, çayxana, dönər və sair küçə yeməkləri satışı, həmçinin şadlıq sarayları da bura daxildir. Bunlar da ictimai iaşədir. Həm də indi insanlar təkcə restoranlara getmir, evə, obyektlərə, iş yerlərinə onlayn sifarişlər, kuryer vasitəsilə çatdırmalar da son zamanlar çox artıb. Əslində, bu rəqəm bəlkə də heç 2 milyard deyil, daha çoxdur. Çünki bu, açıqlanan rəsmi məlumatdır. Yəni qeydiyyatı aparılmış xidmətlər. Amma bəzən kassa aparatından keçməyən, kənar xidmətlər də olur, kassaya vurmurlar, qeydiyyata düşmür. Digər tərəfdən, xərclər lap 3 milyard olsa da, çox hesab edilməz. Nəzərə alaq ki, bölgələrdə ictimai iaşə xidmətindən ümumiyyətlə az istifadə edilir. Bu xidmət əsasən Bakıda populyardır, geniş yayılıb. Bunu edən də imkanlı şəxslərdir. Ya da insanlar var ki, ancaq restoranda, kafedə qidalanırlar. Varlığa nə darlıq. Başqa tendensiya işləyən həyat yoldaşlarının, ər də, arvad da işləyir, evdə xörək bişirməyə vaxt yoxdur. Belə insanlar restoran, kafe xidmətlərindən yararlanır, xüsusən tez hazırlanan qidalar sifariş verirlər. Bəzən görürsən ucuzdur bu xidmətlər. Məsələn, dönərlər ucuzdur, az imkamlı vətəndaş da alıb yeyir, baxmayaraq ki, ziyanlıdır. Ona görə də qeyd edilən bu rəqəm qeyri-adi görünməməlidir. Əhalinin məişətində dəyişmə baş verib. Zərərli olsa da.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2024 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri