Icma.az
close
up
RU
Əhalinin xarici mallara xərclədiyi pul ARTIR RƏQƏMLƏR

Əhalinin xarici mallara xərclədiyi pul ARTIR RƏQƏMLƏR

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda pərakəndə ticarət zamanı satılan malların bir hissəsi idxal mallarından ibarətdir.

Sfera.az statistik məlumatlara istinadən xəbər verir ki, 2023-cü ildə pərakəndə ticarətdə idxal mallarının payı son 10 ilin rekord həddinə çatıb. Onillik dövrdə pərakəndə ticarətdə idxal mallarının payında ən yüksək hədd 2015-ci ildə qeydə alınmışdı. Həmin ildə alınan malların 37,2 faizi idxal malları idi.

2023-cü ildə bu göstərici yenilənib və ticarətdə idxal mallarının payı 37,8 faizə yüksəlib. Mütləq göstəricilərlə götürdükdə, ötən il əhali 22 milyard 285 milyon manat dəyərində idxal malları alıb. Bu göstərici 2022-ci ildə 11 milyard 820 milyon manat idi.

Rayon və şəhərlər üzrə idxal mallarının pay bölgüsü ən yüksək olanı Abşeron rayonudur. Bu rayonda alınan malların 58 faizi xarici mallar olub. İdxal malların payı yüksək olan digər rayon və şəhərlər arasında Ağdaş rayonu (57 faiz), Qax rayonu (46 faiz), Lənkəran rayonu (46,4 faiz), Zaqatala rayonu (45 faiz), Gəncə şəhəri (44 faiz) var.

İdxal malların payı az olan yaşayış məntəqləri isə Ucar (22 faiz), Zərdab (23 faiz), Göyçay (23 faiz), Ağdam (24 faiz), Daşkəsən (24 faiz) rayonlarıdır.

Maraqlı fakt ondan ibarətdir ki, regionlardan fərqli olaraq, Bakıda idxal mallarının payı azalıb. Ölkəmizdə pərakəndə ticarətin 50 faizdən çox hissəsi paytaxtın payına düşür. Bakıda 2017-ci ildə alınan malların 43,5 faizi xarici mallar olmuşdu. Amma son illərdə xarici malların payı azalıb və 2023-cü ildə 38,6 faizə düşüb.

Ötən il xarici malların payının artması daha çox regoinlarda idxal mallarına çəkilən xərcin artması ilə bağlı olub. Onu da qeyd edək ki, xarici mallara tələbin artması Azərbaycana idxalı artıran amillərdən biridir.

Vasif

Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 Noyabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri